Vətəndaşların BakıKart QR biletlərindən pul vəsaitləri silinib? AÇIQLAMA | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. "Noyabr ayında texniki xəta səbəbindən müştərilərin "BakıKart" QR-biletləri üzrə istifadə etmə
Bu sözləri Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Arzu Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Arzu Əliyevanın sözlərinə görə, bank tərəfindən öncədən müştərilərə sms bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından geri çıxılacaq: "Bildirişdə qeyd olunduğu kimi həmin tarixdə bank tərəfindən müvafiq əməliyyat icra olunub.
İcra edilən əməliyyatla bağlı müvafiq dövrdə müştərilərdən silinmələrə dair sorğular alınıb, araşdırılıb və bütün hallarda müştərilərə ətraflı məlumat verilib.
Qeyd edək ki, heç bir halda müştərinin balansından təyinata uyğun olmayan vəsaitin silinməsi baş verməyib".
Həmçinin A.Əliyeva vurğulayıb ki, gələcəkdə bu kimi halların yaşanmaması üçün "BakıKart" ilə qurulan servislərdə təkmilləşdirilmə işləri aparılıb və 31 dekabr tarixindən etibarən "BakıKart" QR-bilet statuslarını ötürən yeni APİ servisin istifadəsinə başlanılıb: "Qeyd edək ki, bu proses tamamilə bank və müştəri arasındakı müqavilənin şərtlərinə uyğun həyata keçirilib.
Müştərilərimizin hüquqlarının və məmnuniyyətinin qorunması daim bankımızın diqqətindədir. Bu istiqamətdə mütəmadi olaraq tədbirlər görülür.
Bankın təqsiri nəticəsində müştərilərə hər hansı zərər dəyərsə bank tərəfindən müştərilərin vəsaitləri bərpa edilir.
Tam oxu
Xəbəri oxu