Icma.az
close
up
RU
Vətəndaşların BakıKart QR biletlərindən pul vəsaitləri silinib? AÇIQLAMA

Vətəndaşların BakıKart QR biletlərindən pul vəsaitləri silinib? AÇIQLAMA

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Noyabr ayında texniki xəta səbəbindən müştərilərin "BakıKart" QR-biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb".

Bu sözləri Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Arzu Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Arzu Əliyevanın sözlərinə görə, bank tərəfindən öncədən müştərilərə sms bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından geri çıxılacaq:

"Bildirişdə qeyd olunduğu kimi həmin tarixdə bank tərəfindən müvafiq əməliyyat icra olunub.

İcra edilən əməliyyatla bağlı müvafiq dövrdə müştərilərdən silinmələrə dair sorğular alınıb, araşdırılıb və bütün hallarda müştərilərə ətraflı məlumat verilib. Qeyd edək ki, heç bir halda müştərinin balansından təyinata uyğun olmayan vəsaitin silinməsi baş verməyib".

Həmçinin A.Əliyeva vurğulayıb ki, gələcəkdə bu kimi halların yaşanmaması üçün "BakıKart" ilə qurulan servislərdə təkmilləşdirilmə işləri aparılıb və 31 dekabr tarixindən etibarən "BakıKart" QR-bilet statuslarını ötürən yeni APİ servisin istifadəsinə başlanılıb:

"Qeyd edək ki, bu proses tamamilə bank və müştəri arasındakı müqavilənin şərtlərinə uyğun həyata keçirilib. Müştərilərimizin hüquqlarının və məmnuniyyətinin qorunması daim bankımızın diqqətindədir. Bu istiqamətdə mütəmadi olaraq tədbirlər görülür. Bankın təqsiri nəticəsində müştərilərə hər hansı zərər dəyərsə bank tərəfindən müştərilərin vəsaitləri bərpa edilir.

Xatırladaq ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün Birbank mobil tətbiqində QR-bilet yaratmaq kifayətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri