“Vətənə Hazıram Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib FOTOLAR | …
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
14-17 oktyabr tarixlərində YAP Sabunçu Rayon Təşkilatı, Bakı Gənclər Mərkəzi və Milli Müdafiə Universitetinin nəzdində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 4 günü əhatə edən “Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə həyata keçirilib.
SİA xəbər verir ki, layihənin ilk günündə əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihəni giriş nitqi ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov gəncləri salamlayaraq layihənin əhəmiyyətindən bəhs edib və onlara uğurlar arzulayıb.
Qeyd olunub ki, bu layihə gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi hazırlıq səviyyəsinin artırılması, hərbi xidmətin mahiyyətinin izahı və lider gənclərin yetişdirilməsi istiqamətində mühüm addımdır.
Daha sonra çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva bildirib ki, layihədə iştirak edəcək gənclər Azərbaycan Ordusu haqqında ilkin nəzəri və praktiki biliklər qazanacaq, intizam və komanda bacarıqlarını inkişaf etdirəcəklər.
Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov gənclərdə milli-mənəvi dəyərlərə sədaqət və vətənə bağlılıq hissinin möhkəm olması üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib.
Tam oxu
Xəbəri oxu