Icma.az
close
up
RU
“Vətənə Hazıram Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib FOTOLAR

“Vətənə Hazıram Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib FOTOLAR

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

14-17 oktyabr tarixlərində YAP Sabunçu Rayon Təşkilatı, Bakı Gənclər Mərkəzi və Milli Müdafiə Universitetinin nəzdində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 4 günü əhatə edən “Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə həyata keçirilib. SİA xəbər verir ki, layihənin ilk günündə əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihəni giriş nitqi ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov gəncləri salamlayaraq layihənin əhəmiyyətindən bəhs edib və onlara uğurlar arzulayıb. Qeyd olunub ki, bu layihə gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi hazırlıq səviyyəsinin artırılması, hərbi xidmətin mahiyyətinin izahı və lider gənclərin yetişdirilməsi istiqamətində mühüm addımdır.

Daha sonra çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva bildirib ki, layihədə iştirak edəcək gənclər Azərbaycan Ordusu haqqında ilkin nəzəri və praktiki biliklər qazanacaq, intizam və komanda bacarıqlarını inkişaf etdirəcəklər.

Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov gənclərdə milli-mənəvi dəyərlərə sədaqət və vətənə bağlılıq hissinin möhkəm olması üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib. Bildirilib ki, layihə gələcək nəsillərin dövlətinə və ordusuna sədaqətli, güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edəcək.

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə və İctimai Birliyin üzvü Seymur Aslanov hərbi nizamnamə və intizamın əsasları, əməliyyat taktikasına giriş və qərarvermə üsulları haqqında çıxış edərək sonda gənclərin suallarını cavablandırıblar.

Layihənin ikinci və üçüncü günlərində gənclər Milli Müdafiə Universitetinin nəzdindəAzərbaycan Ordusunun Təlim və TədrisMərkəzində olublar. İştirakçılar hər komanda 5nəfərdən ibarət olmaqla 5 komandaya bölünərək “Atəş hazırlığı”, “Hərbi topoqrafiya” və “Trenajorlar” bölmələrində nəzəri və praktiki biliklərə yiyələniblər. Həmçinin hərbi texnika və avadanlıqlar, sağlamlıq, təhlükəsizlik və təxliyə qaydaları haqqında maarifləndirici məlumatlarla tanış olublar. Təlimlərdən sonra gənclər 18 oktyabr Müstəqilliyin Bərpası günü münasibətilə təlim-tədris mərkəzində təşkil olunan konsert proqramını izləyiblər.

Layihənin 4-cü günündə iştirakçıların komanda və fərdi bacarıqları əsasında qiymətləndirmə aparılıb. Sonda müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri elan olunub. Layihədə iştirak edən gənclər sertifikatlarla təltif olunublar.

Qeyd edəki ki, layihədə Bakı Gənclər Mərkəzinin könüllüləri və Sabunçu rayonuərazisində fəaliyyət göstərən kolleclərin tələbələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri