Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
General-mayor Ümüdvar Quliyevin hərbi bioqrafiyası belə bir ehtiram doğurur. Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbindən Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasına, oradan Vətən müharibəsinin şərəfli döyüş yoluna qədər uzanan xidmət fəaliyyəti onun peşəkarlığının, hərbi bilik və təcrübəsinin göstəricisidir.
44 günlük Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azadlığı uğrunda döyüş tapşırıqlarını yerinə yetirən zabitin “Qarabağ” ordeni ilə təltif olunması, eləcə də Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığına görə medallara layiq görülməsi onun xidmət yolunun qürurverici səhifələridir.
Bu təltiflərin hər birinin arxasında bir tarix, bir torpaq, bir xalqın yaddaşı və Vətənə sədaqət dayanır.
Bu gün həmin döyüş təcrübəsinin, hərbi biliyin və məsuliyyətin başqa bir mühüm missiyada – gələcəyin Azərbaycan zabitlərinin yetişdirilməsində davam etməsi xüsusi əhəmiyyət daşıyır.
Heydər Əliyev adına Hərbi İnstitut kimi böyük tarixi ənənələrə malik bir təhsil ocağına rəhbərlik etmək sadəcə vəzifə deyil. Bu, dövlətin müdafiə qüdrətinin gələcəyinə, Vətənin təhlükəsizliyini etibar edəcəyimiz gənc nəslin formalaşmasına cavabdehlik deməkdir.
Hərbi təcrübənin akademik biliklə, tələbkarlığın insani keyfiyyətlərlə və rəhbərliyin şəxsi nümunə ilə uzlaşması bu müqəddəs missiyanın ən mühüm dayaqlarındandır.
Cənab general-mayor, Sizi fərqləndirən cəhətlərdən biri də hərbi rütbənizin yaratdığı ehtiramla yanaşı, simanızdakı nur, baxışlarınızdakı səmimiyyət və insani təəssüratınızdır. Bəzən insanın üzündəki nur onun haqqında uzun-uzadı danışmağa ehtiyac qoymur. Əsl şəxsiyyətin gözəlliyi yalnız tutduğu mövqedə deyil, ətrafına ötürdüyü mənəvi işıqda da görünür.
Mərdliklə qazanılan hörmət, xidmətlə ucalan ad və insanlıqla tamamlanan şəxsiyyət – əsl rəhbər obrazını məhz bunlar formalaşdırır.
Sizə möhkəm cansağlığı, ailə səadəti, mənəvi rahatlıq və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Rəhbərlik etdiyiniz hərbi təhsil ocağından Vətənə layiqli, peşəkar, iradəli və yüksək mənəvi keyfiyyətlərə malik zabitlər yetişsin. Dövlətimizə və Ordumuza xidmət yolunuz daim uğurlarla müşayiət olunsun.
Siz torpağın azadlığı uğrunda mübarizə aparmış, bu gün isə həmin torpağın keşiyində dayanacaq gələcək nəsli yetişdirən Vətən oğullarındansınız.
Böyük şəxsiyyətlər tutduqları vəzifə ilə deyil, Vətənə verdikləri töhfə, qazandıqları etimad və arxalarında qoyduqları mənəvi izlə ucalırlar. Arzu edirəm ki, Sizin də şərəfli xidmət yolunuz gələcək nəsillər üçün örnək olaraq daim hörmətlə xatırlansın.
Allah Sizi qorusun, cənab general-mayor! Qoy ömrünüzün hər yeni ili yeni uğurların, xoş müjdələrin və könül rahatlığının müjdəçisi olsun. Bayrağımızın daim yüksəklərdə dalğalandığı, Ordumuzun qüdrətinin daha da artdığı günlərdə Sizin də imzanız, əməyiniz və xidmətinizlə fəxr edək!
Doğum gününüz mübarək olsun, Vətənə sədaqəti ilə seçilən mərd Azərbaycan kişisi!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. 44 günlük Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azadlığı uğrunda döyüş tapşırıqlarını yerinə yetirən zabitin “Qarabağ” ordeni ilə təltif olunması, eləcə də Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığına görə medallara layiq görülməsi onun xidmət yolunun qürurverici səhifələridir.