Icma.az
close
up
RU
Vətənə sədaqət və mərdlikdən keçən ömür yolu

Vətənə sədaqət və mərdlikdən keçən ömür yolu

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

General-mayor Ümüdvar Quliyevin hərbi bioqrafiyası belə bir ehtiram doğurur. Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbindən Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasına, oradan Vətən müharibəsinin şərəfli döyüş yoluna qədər uzanan xidmət fəaliyyəti onun peşəkarlığının, hərbi bilik və təcrübəsinin göstəricisidir.
44 günlük Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azadlığı uğrunda döyüş tapşırıqlarını yerinə yetirən zabitin “Qarabağ” ordeni ilə təltif olunması, eləcə də Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığına görə medallara layiq görülməsi onun xidmət yolunun qürurverici səhifələridir.
Bu təltiflərin hər birinin arxasında bir tarix, bir torpaq, bir xalqın yaddaşı və Vətənə sədaqət dayanır.
Bu gün həmin döyüş təcrübəsinin, hərbi biliyin və məsuliyyətin başqa bir mühüm missiyada – gələcəyin Azərbaycan zabitlərinin yetişdirilməsində davam etməsi xüsusi əhəmiyyət daşıyır.
Heydər Əliyev adına Hərbi İnstitut kimi böyük tarixi ənənələrə malik bir təhsil ocağına rəhbərlik etmək sadəcə vəzifə deyil. Bu, dövlətin müdafiə qüdrətinin gələcəyinə, Vətənin təhlükəsizliyini etibar edəcəyimiz gənc nəslin formalaşmasına cavabdehlik deməkdir.
Hərbi təcrübənin akademik biliklə, tələbkarlığın insani keyfiyyətlərlə və rəhbərliyin şəxsi nümunə ilə uzlaşması bu müqəddəs missiyanın ən mühüm dayaqlarındandır.
Cənab general-mayor, Sizi fərqləndirən cəhətlərdən biri də hərbi rütbənizin yaratdığı ehtiramla yanaşı, simanızdakı nur, baxışlarınızdakı səmimiyyət və insani təəssüratınızdır. Bəzən insanın üzündəki nur onun haqqında uzun-uzadı danışmağa ehtiyac qoymur. Əsl şəxsiyyətin gözəlliyi yalnız tutduğu mövqedə deyil, ətrafına ötürdüyü mənəvi işıqda da görünür.
Mərdliklə qazanılan hörmət, xidmətlə ucalan ad və insanlıqla tamamlanan şəxsiyyət – əsl rəhbər obrazını məhz bunlar formalaşdırır.
Sizə möhkəm cansağlığı, ailə səadəti, mənəvi rahatlıq və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Rəhbərlik etdiyiniz hərbi təhsil ocağından Vətənə layiqli, peşəkar, iradəli və yüksək mənəvi keyfiyyətlərə malik zabitlər yetişsin. Dövlətimizə və Ordumuza xidmət yolunuz daim uğurlarla müşayiət olunsun.
Siz torpağın azadlığı uğrunda mübarizə aparmış, bu gün isə həmin torpağın keşiyində dayanacaq gələcək nəsli yetişdirən Vətən oğullarındansınız.
Böyük şəxsiyyətlər tutduqları vəzifə ilə deyil, Vətənə verdikləri töhfə, qazandıqları etimad və arxalarında qoyduqları mənəvi izlə ucalırlar. Arzu edirəm ki, Sizin də şərəfli xidmət yolunuz gələcək nəsillər üçün örnək olaraq daim hörmətlə xatırlansın.
Allah Sizi qorusun, cənab general-mayor! Qoy ömrünüzün hər yeni ili yeni uğurların, xoş müjdələrin və könül rahatlığının müjdəçisi olsun. Bayrağımızın daim yüksəklərdə dalğalandığı, Ordumuzun qüdrətinin daha da artdığı günlərdə Sizin də imzanız, əməyiniz və xidmətinizlə fəxr edək!
Doğum gününüz mübarək olsun, Vətənə sədaqəti ilə seçilən mərd Azərbaycan kişisi!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri