Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. "Hazırda özümü yaxşı hiss edirəm".
Bunu İdman.biz-ə açıqlamasında veteran futbolçu, məşqçi Əfqan Talıbov deyib.
O, son dövrlərdə səhhətində yaranan problemlərdən danışıb: "Həkimin dediyinə görə, hazırda Parkinson xəstəliyinin başlanğıc mərhələsindəyəm.
Müalicəmi bu istiqamətdə davam etdirirəm. Ayın 17-də müayinədən keçəcəyəm. Həmin yoxlanış zamanı hər şey daha aydın olacaq.
Qeyd edim ki, bu dövrdə futbol ictimaiyyətinin xüsusi diqqətini hiss etmişəm.
AFFA, Oqtay Abdullayev başda olmaqla veteranlar şurası, futbolçu dostlarımız öz yardımlarını əsirgəmirlər".
60 yaşlı mütəxəssis yaxın müddətdə futbol fəaliyyətini bərpa etmək istədiyini deyib: "Hər şeyi izləyirəm, baxıram.
Bir sözlə, futboldan kənarda deyiləm. Düzdür, səhhətimlə bağlı müəyyən problemlər olmuşdu, ancaq indi özümü normal hiss edirəm.