Icma.az
close
up
RU
Veteran futbolçu: Parkinson xəstəliyinin başlanğıc mərhələsindəyəm FOTO

Veteran futbolçu: Parkinson xəstəliyinin başlanğıc mərhələsindəyəm FOTO

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hazırda özümü yaxşı hiss edirəm".

Bunu İdman.biz-ə açıqlamasında veteran futbolçu, məşqçi Əfqan Talıbov deyib.

O, son dövrlərdə səhhətində yaranan problemlərdən danışıb: "Həkimin dediyinə görə, hazırda Parkinson xəstəliyinin başlanğıc mərhələsindəyəm. Müalicəmi bu istiqamətdə davam etdirirəm. Ayın 17-də müayinədən keçəcəyəm. Həmin yoxlanış zamanı hər şey daha aydın olacaq.
Qeyd edim ki, bu dövrdə futbol ictimaiyyətinin xüsusi diqqətini hiss etmişəm. AFFA, Oqtay Abdullayev başda olmaqla veteranlar şurası, futbolçu dostlarımız öz yardımlarını əsirgəmirlər".

60 yaşlı mütəxəssis yaxın müddətdə futbol fəaliyyətini bərpa etmək istədiyini deyib: "Hər şeyi izləyirəm, baxıram. Bir sözlə, futboldan kənarda deyiləm. Düzdür, səhhətimlə bağlı müəyyən problemlər olmuşdu, ancaq indi özümü normal hiss edirəm. Yəqin ki, növbəti mövsümdə yeni əməkdaşlıq təkliflərini dəyərləndirəcəyəm".

Talıbov ölkə futbolundakı yeniliklərə də münasibət bildirib: "Həm Premyer Liqada, həm də Birinci Liqada gərgin mübarizə gedir. Üç komandanın Pemyer Liqaya gələləcəyi çempionatı daha da maraqlı edir.
Legioner limiti ləğv olunduğu üçün gələn mövsümdə bizi rəqabətli və maraqlı çempionat gözləyir. Burada əsas məsələ odur ki, səviyyəsiz legionerlər Azərbaycana gəlib ehtiyat skamyasında oturmasınlar. Gələnlər futbolumuza faydalı oyunçular olsun.
Milli komandanın son məğlubiyyətləri ürəkaçan olmasa da, ümumilikdə futbolumuzdakı gedişat pozitiv düşünməyə əsas verir".

Qeyd edək ki, futbolçu kimi karyerasının böyük hissəsini "Kəpəz"də keçirən Talıbov müstəqillik dövründə "Neftçi", "Xəzri" və "Şəmkir"in formasını geyinib, Rusiyanın "Saxalin" komandasında legioner həyatı yaşayıb.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Aprel 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see155

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri