Vəzifədən üstün olan insani məsuliyyət

24.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı və rayon prokuroru Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışlarının aparıldığı ərazidə olublar.

Əslində, axtarış işlərinin bilavasitə aparılması icra başçısının vəzifəsi deyil. Polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində üzərlərinə düşən işi görürlər. Amma rayon rəhbərinin hadisə yerində olması, nigaran ailənin dərdinə şərik çıxması məsələnin mənəvi tərəfidir.

İnsanlar  rayon rəhbərini yalnız bayramlarda, açılış mərasimlərində deyil, ağır günlərində də yanlarında görmək istəyirlər.

Çünki idarəçilik yalnız inzibati səlahiyyətlərdən ibarət deyil. Onun təməlində insana münasibət, vətəndaşın ağrısına həssaslıq dayanmalıdır.

Vəzifə səlahiyyət məsələsidir, insanların dərdinə şərik olmaq isə insanlıq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью