Vəzifədən üstün olan insani məsuliyyət
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı və rayon prokuroru Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışlarının aparıldığı ərazidə olublar.
Əslində, axtarış işlərinin bilavasitə aparılması icra başçısının vəzifəsi deyil. Polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində üzərlərinə düşən işi görürlər. Amma rayon rəhbərinin hadisə yerində olması, nigaran ailənin dərdinə şərik çıxması məsələnin mənəvi tərəfidir.
İnsanlar rayon rəhbərini yalnız bayramlarda, açılış mərasimlərində deyil, ağır günlərində də yanlarında görmək istəyirlər.
Çünki idarəçilik yalnız inzibati səlahiyyətlərdən ibarət deyil. Onun təməlində insana münasibət, vətəndaşın ağrısına həssaslıq dayanmalıdır.
Vəzifə səlahiyyət məsələsidir, insanların dərdinə şərik olmaq isə insanlıq.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Baxış sayı:112
Bu xəbər 24 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















