Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Şahanə MÜŞFİQ150 illik maraqlı və tutumlu ömür yoluna malik Azərbaycan teatrının tarixi çox
Lakin onların arasında elələri var ki, sənət yolunu sadəcə yaradıcılıqla deyil, həm də böyük bir amalın daşıyıcısı olmaqla şərəfləndiriblər.
Xalq artisti Vidadi Əliyev həmin sənətkarlar sırasında özünəməxsus yeri ilə seçilir.
Onun bir aktyor və rejissor kimi hələ sənətinin və sənətçi ömrünün başlarından etibarən göstərdiyi fədakarlıq, milli teatr ənənələrinin qorunub saxlanması uğrunda əzmkar mübarizəsi və zəngin yaradıcılıq yolu bu gün Azərbaycan mədəniyyətinin parlaq və şərəfli səhifəsidir.
"Biz orada təkcə aktyor olaraq çalışmırdıq, yaradıcılıqdan başqa, həm də İrəvan teatrının təəssübünün keşikçiləriydik.
Hər cür fədakarlıq edirdik ki, teatrı ayaqda saxlaya bilək" - İrəvandan danışır qocaman sənətkar.
Azərbaycanın əzəli, əbədi torpağı, milyonlarla yurddaşımızın həm soykökü, həm də bitib-tükənməyən həsrəti olan İrəvandan...
Axı Vidadi Əliyevin həm ömür yolu, həm də yaradıcılıq yolu İrəvana, oradan didərgin gələn və Vidadi müəllim kimi fədailərin alın təri, yorulmaz əməyi, gərgin əsəbləri sayəsində varlığını bu gün də davam etdirən İrəvan Teatrına əbədi bağlanıb.