Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

Birləşməyə hazırlaşan bankda dəyişiklik

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Vidadi Əliyev: sənət naminə yaşanan ömür

Vidadi Əliyev: sənət naminə yaşanan ömür

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

150 illik maraqlı və tutumlu ömür yoluna malik Azərbaycan teatrının tarixi çoxsaylı sənətkar adları, sənət fədailəri ilə zəngindir. Lakin onların arasında elələri var ki, sənət yolunu sadəcə yaradıcılıqla deyil, həm də böyük bir amalın daşıyıcısı olmaqla şərəfləndiriblər. Xalq artisti Vidadi Əliyev həmin sənətkarlar sırasında özünəməxsus yeri ilə seçilir. Onun bir aktyor və rejissor kimi hələ sənətinin və sənətçi ömrünün başlarından etibarən göstərdiyi fədakarlıq, milli teatr ənənələrinin qorunub saxlanması uğrunda əzmkar mübarizəsi və zəngin yaradıcılıq yolu bu gün Azərbaycan mədəniyyətinin parlaq və şərəfli səhifəsidir.

"Biz orada təkcə aktyor olaraq çalışmırdıq, yaradıcılıqdan başqa, həm də İrəvan teatrının təəssübünün keşikçiləriydik. Hər cür fədakarlıq edirdik ki, teatrı ayaqda saxlaya bilək" - İrəvandan danışır qocaman sənətkar. Azərbaycanın əzəli, əbədi torpağı, milyonlarla yurddaşımızın həm soykökü, həm də bitib-tükənməyən həsrəti olan İrəvandan... Axı Vidadi Əliyevin həm ömür yolu, həm də yaradıcılıq yolu İrəvana, oradan didərgin gələn və Vidadi müəllim kimi fədailərin alın təri, yorulmaz əməyi, gərgin əsəbləri sayəsində varlığını bu gün də davam etdirən İrəvan Teatrına əbədi bağlanıb.

V.Əliyev səhnəyə yalnız rollar gətirməyib, Azərbaycan incəsənətinə təkcə bir-birindən maraqlı, unudulmaz obrazlar bəxş etməyib, həm də bir teatrı, bir mədəniyyət ocağını dağıntıların altından çıxarıb yaşadıb. Çətin dövrlərdə sənətin, xalq yaddaşının, milli dəyərlərin keşiyində dayanmaq böyük hünər idi və bu hünərin adı Vidadi Əliyevdir.

1945-ci ilin 1 sentyabrında Ağstafanın Göycəli kəndində doğulub. Bu, elə bir kənddir ki, orada "tamaşa" sözü, "teatr" adı yad, uzaq bir məfhum idi. Özü bir müsahibəsində deyir: "Bir gün müəllimlərin bir söhbətinə şahid oldum. Danışırdılar ki, nə vaxtsa kəndə gələn müəllimlərdən biri burada "teatr çıxardıb". Özü də tövlədə. Klub yox imiş. Mən o müəllimi də, teatrı da görməmişdim, yaşımdan çox qabaq olubmuş. Amma bunu eşidəndən sonra fikirləşirdim ki, görəsən, biz də tamaşa göstərə bilərikmi? Tamaşa görməmişəm, teatr necə olur bilmirəm..."

Beləcə, məktəbli oğlanın könlündə, düşüncələrində, xəyallarında heç bilmədiyi, görmədiyi bir dünya ilə tanışlıq arzusu baş qaldırır. Bu arzu elə ürəkdə qalmır, əlbət. Böyüyür, pöhrələnir, öncə öz kəndlərində, sonra ətraf rayonlarda, sonra Bakıda, sonra İrəvanda və yaxın-uzaq məmləkətlərdə öz sahibinin adını hər zaman fəxrlə, fərəhlə tanıdır, onu bir ölkənin ən nəhəng sənətkarlarından birinə çevirir.

1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən gənc aktyor özü kimi bir neçə tələbə yoldaşı və kurs rəhbəri Nəsir Sadıqzadə ilə birlikdə İrəvana yola düşür. Elə həmin ildən etibarən onun həyatı əbədiyyən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına bağlanır. Məhrumiyyətlər, təzyiqlər, qısnamalar, yoxluqlar içərisində var qüvvəsi ilə ayaqda durmağa çalışan teatra sütun əvəzi öz çiynini dayayanlardan olur Vidadi Əliyev. İstər İrəvanda - ermənilərin qısnaqları, təzyiqləri altında, istərsə də Bakıda - yersiz, yurdsuz, qərblikdə bir an olsun mədəniyyət ocağını kimsəsiz buraxmır, "əlini əlindən çəkmir". Düz 21 il İrəvanda yoxluq içərisində varı yaşatmaq əzminə heyrətdən və sonsuz sayğıdan başqa nə demək olar ki?!

1988-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının çətin, amma şərəfli Bakı dönəmi başlayır. Ermənistanda Azərbaycan teatrının bazası, maddi imkanları əlindən alınmışdı, kollektiv dağılmaq təhlükəsi ilə üz-üzə idi. Elə bir məqam idi ki, hamı çıxılmazlıq içində idi. Amma Vidadi Əliyev ümidsizliyə təslim olmadı. O, həmkarlarını bir araya topladı, "teatr yaşamalıdır" amalını rəhbər tutdu.

1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olan sənətkar burada təkcə rəhbərlik etmirdi, özü demiş "ən xırda işlərdən, texniki işləri - hər şeyi özü edirdi. Hər işə can yandırırdı".

İlk illərdə nə binası vardı, nə də texniki imkanları. Lakin Vidadi müəllimin iradəsi və sənət eşqi kollektivin ruhunu diri saxladı. Onlar səyyar tamaşalar göstərir, az aktyor heyəti ilə böyük işlər görürdülər. Teatr həm klassik əsərləri, həm də müasir mövzuları səhnəyə gətirməklə yaşamağa davam etdi. Bu illər Azərbaycan mədəniyyət tarixinə teatrın ayaqda qalmaq mübarizəsi kimi yazıldı və həmin mübarizənin önündə Vidadi Əliyev dayanırdı.

Vidadi Əliyev yalnız rəhbər, təşkilatçı deyil, həm də aktyor kimi Azərbaycan teatrına dəyərli miras qoyub. Balaşdan ("Sevil") başlayaraq Əsgərə ("Arşın mal alan"), Volodkadan ("Tribunal") Savalanadək ("Məhv olmuş gündəliklər") yaratdığı rollar onun sənət palitrasının zənginliyini göstərir. Hər obrazın arxasında bir insan taleyi, bir psixoloji çalar dayanırdı. O, səhnədəki qəhrəmanlarını həmişə həyatın içindən gətirir və böyük ustalıqla özləşdirirdi.

Onun aktyorluğunda xüsusi bir səmimiyyət var. Tamaşaçı oynadığı obrazı deyil, sanki o insanın özünü görür. Bu, həm istedadın, həm zəhmətin, həm də zəngin təcrübənin və müşahidənin bəhrəsidir. Vidadi Əliyev obrazlarını heç vaxt şablonla yaratmayıb. Hər detalı ilə, hər jesti ilə, hətta səs tonunun seçimi ilə obrazları həyatilik qazanıb.

Moskva teatr məktəbində aldığı rejissorluq təhsili Vidadi Əliyevin yaradıcılığına yeni üfüqlər açdı. Onun quruluş verdiyi tamaşalar - "Mənim qayınanam", "Nəsrəddin", "Məhəbbət yaşayır hələ" və başqaları Azərbaycan teatrında yeni bir nəfəs kimi qəbul olundu.

Rejissor kimi o, simvolizmə üstünlük verirdi, səhnədə sadəlik və səmimiyyət axtarırdı. Onun tamaşalarında hər detal - dekor, musiqi, işıq - obrazın bir hissəsinə çevrilirdi. Aktyorlardan tələb etdiyi əsas cəhət isə təbiilik idi. O, səhnədə süni pafosu sevmirdi. Replikanın təbii danışıq kimi səslənməsini, jestlərlə söz arasında harmoniya yaranmasını istəyirdi və bunu əldə edənə qədər də dayanmırdı, vaz keçmirdi.

Vidadi Əliyev həm də yenilikçidir. O, klassik əsərlərə belə, müasir baxışla yanaşır, tamaşaçıya düşündürən yozumlar təqdim edirdi. Məsələn, 20 Yanvar faciəsinə həsr etdiyi tamaşada xalqın qəhrəmanlıq ruhunu simvolik detallarla çatdırmaqla yanaşı, obrazların psixoloji dərinliyinə də xüsusi yer ayırmışdı.

Teatrla yanaşı, kino da Vidadi Əliyevin yaradıcılığında mühüm yer tutur. O, görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 1978-ci ildə yazıçı Maqsud İbrahimbəyovun "Bayquş gəlmişdi" povesti əsasında quruluş verdiyi "Bayquş gələndə" filmindəki Kamil obrazı ilə ekran həyatına başladı. İkinci planda nəzərdə tutulan bu rol aktyorun səmimiyyəti və yüksək peşəkarlığı sayəsində tamaşaçının yaddaşına həkk olundu. Sonrakı illərdə "Cavid ömrü"ndəki Natiq, "Doğma sahillər"dəki Ovçu Bədəl, "Küçələrə su səpmişəm"dəki Əziz kişi və digər rolları ilə kino tariximizdə də silinməz iz qoydu.

Kinoda canlandırdığı personajlar əsasən dramatik idi, lakin o, hər obrazı insaniliyi ilə sevdirməyi bacarırdı. Onun qəhrəmanlarında təmtəraq yox, həyatın acısı, sevinci, dərdi, ümidləri vardı. Bu da onun aktyor kimi ən böyük üstünlüyü idi.

Vidadi Əliyevi fərqləndirən əsas cəhət onun sənətə təmənnasız bağlılığıdır. O, teatrı heç vaxt sadəcə iş yeri hesab etməyib. Onun üçün teatr ailədir, ocaqdır. Zərurət yarananda fəhlə işi də görüb, dekor da daşıyıb. Çünki bu mədəniyyət ocağı onun varlığının bir parçası idi. Ailə demişkən, Vidadi müəllim öz yarını, ömür gün yoldaşını da məhz teatrda, sənət məbədinin divarları arasında tapıb. Xalq artisti Elmira İsmayılova onun səhnədəki ən gözəl tərəf-müqabili, sənətdəki ən yaxın dostu, həyatdakı əvəzsiz həmdəmidir. Bu izdivac təkcə teatr üçün deyil, bütünlükdə Azərbaycan mədəniyyəti, incəsənəti, tele-jurnalistikası üçün uğurlu oldu. İki böyük sənətkarın ailəsində dünyaya göz açan, sənət eşqi ilə yoğrulan Oqtay Əliyev və Elçin Əlibəyli sonralar öz adlarını Azərbaycan incəsənət tarixinə elə həkk etdilər ki, bəzən hətta onlar böyük aktyor kimliklərindən əlavə, "Oqtay Əliyevin atası", "Elçin Əlibəylinin anası" kimi də tanındılar. Bir valideyn üçün bundan böyük fərəh varmı?! Nə yazıq ki, mərhum rejissor, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin həyatı yarıda qırıldı, amma mədəniyyətimiz, incəsənətimiz üçün gördüyü və onu heç zaman unutdurmayacaq işlər həm valideynlərinə, həm də bizə təsəllidir, şübhəsiz.

Bu günlərdə böyük sənətkarın 80 illik yubileyi tamam olur. Bu yubiley təkcə bir aktyorun yaşı deyil, həm də Azərbaycan teatrının tarixi yolunun bir mərhələsidir. Çünki Vidadi Əliyevin ömrü teatrın ömrü ilə qovuşub.

Bu gün qocaman sənətkar səhnəyə baxanda yalnız keçmiş rollarını deyil, həm də ömrünün mənasını görür. Onun 80 illik yubileyi tamaşaçıların, həmkarlarının, sənətsevərlərin minnətdarlıq günüdür. Minnətdarlıq ona görə ki, o, bu səhnəni tək qoymadı, teatrı taleyin amansız burulğanlarından çıxardı, yeni nəslə miras qoydu.

Vidadi Əliyev haqqında yazmaq, təkcə bir aktyorun portretini yaratmaq deyil. Bu, həm də Azərbaycan teatrının son onilliklərdə keçdiyi çətin və şərəfli yolun hekayəsidir. Onun ömrü, sənəti, mübarizəsi milli yaddaşımızın bir parçasıdır.

Səhnənin tozunu nəfəsinə qatmış, hər rolunu ömründən pay etmiş bu sənətkarı tamaşaçılar sadəcə aktyor kimi deyil, həm də sənətin fədaisi kimi sevirlər. Onun adı ilə teatr tariximizin bütöv bir səhifəsi bağlıdır.

Ona görə də bütün məsuliyyətimlə deyirəm ki, Vidadi Əliyevin 80 illiyi həm də Azərbaycan mədəniyyətinin bayramıdır. Çünki belə sənətkarların ömrü bizim milli yaddaşımızı yaşadır, sənətimizin işığını gələcəyə daşıyır.

Məncə, Vidadi müəllim kimi sənətkarlar nə qədər yaşasalar, azdır. Ona görə də ona möhkəm cansağlığı, uzun ömür arzu edirəm!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see438

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see269

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see261

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see252

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see241

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see240

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see238

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see236

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see231

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see228

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see227

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see225

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see223

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see221

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see220

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see219

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see216

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see213

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see189

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

14 Sentyabr 2026 13:14see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri