Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Jurnalist Orxan Saffarinin, Xalq artisti, "M. Teatr Production"un bədii rəhbəri Vidadi Həsənov haqqında yazısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, müəllif yazısında V.Həsənovu “istedadsız” adlandırıb və onun yaratdığı “M” teatrı tənqid edib.
Sosial şəbəkə istifadəçilərinin əksrəriyyəti V.Həsənov barədə deyilənlərlə razılaşmayıb.
Rejissor, prodüser Elçin Ağazadə O.Saffarinin fikirləri ilə razılaşmayıb: “Əgər sən yazıçısansa, Vidadi müəllim bir aktyor kimi sənin qələm tutmağından master-klass dərsi keçər. Yazdığın bu status isə açıq-aşkar şəxsi kin və qərəzdən doğan, iyrənc bir yanaşmadır”.
Ceyhun Məmmədov: “Siz özünüz nə etmisiz? Vidadi Həsənov "M" Teatrını dişi dırnağı ilə yaradıb, onun ayaqda qalması üçün ucuz siqaret çəkib, qalan pulu ilə teatrın çatmayan xərclərini ödəyir. Vidadi Həsənov kimi sənətə dəyər verən insanı az qala təhqir edirsiz. Olmaz belə”.
Müzakirələrə qoşulan aktyor Səmim Fərhad V.Həsənovun müdafiəsinə qalxıb. O, Orxan Saffarinin yazdığının tənqid yox, təhrikedici üslub olduğunu və diqqət çəkmək məqsədi daşıdığını bildirib:
“Oxunsun deyə ağlına nə gəldi yazanlardan biri Vidadi Həsənov haqqında belə bir yazı yazıb. Belələrinin peşə əxlaqı olmasa da, həmkar həmrəyliyi var. Paradoks ondadır ki, etik boşluq həmrəyliklə kompensasiya olunur.
Bizim aktyor tayfası isə… “məndən ötsün, qardaşıma dəysin” prinsipi ilə yaşayır. Bu yanaşma isə sənət mühitində strukur zəifliyinin göstəricisidir.
Paylaşmadan əvvəl bir neçə başqa yazısına da baxdım. Müəllifin ümumi üslubu və analitik çərçivəsi aydın görünür. Adam qıcıq yaradan bir üslub seçib, daş atmadığı bostan qalmayıb.
Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur.
Habil Əliyev, Akif İslamzadə və s. Bu adların çəkilməsi arqument yaratmır, sadəcə simvolik fiqurlar üzərindən diqqət çəkmək cəhdidir.
Vidadi müəllimin ayağı biləni, sənin başın bilmir!
Kişinin sənətini qoyub qırağa, siqaret çəkib, məsləhət verməsindən danışırsan. Şəxsən mən inanmıram, Vidadi müəllim sənə məsləhət versin çünki, o çox yaxşı bilir ki, quyuya su tökməklə quyu dolmaz!
Mənim kimi neytrallığını qoruyan adama bu yazını yazdırmısansa, deməli, istədiyinə çatmısan”, - deyə o yazıb.
Billurə