Icma.az
close
up
RU
Vidadi Həsənovun müdafiəsinə qalxdılar: Daş atmadığı bostan qalmayıb

Vidadi Həsənovun müdafiəsinə qalxdılar: Daş atmadığı bostan qalmayıb

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Jurnalist Orxan Saffarinin, Xalq artisti, "M. Teatr Production"un bədii rəhbəri Vidadi Həsənov haqqında yazısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, müəllif yazısında V.Həsənovu “istedadsız” adlandırıb və onun yaratdığı “M” teatrı tənqid edib.

Sosial şəbəkə istifadəçilərinin əksrəriyyəti V.Həsənov barədə deyilənlərlə razılaşmayıb.

Rejissor, prodüser Elçin Ağazadə O.Saffarinin fikirləri ilə razılaşmayıb: “Əgər sən yazıçısansa, Vidadi müəllim bir aktyor kimi sənin qələm tutmağından master-klass dərsi keçər. Yazdığın bu status isə açıq-aşkar şəxsi kin və qərəzdən doğan, iyrənc bir yanaşmadır”.

Ceyhun Məmmədov: “Siz özünüz nə etmisiz? Vidadi Həsənov "M" Teatrını dişi dırnağı ilə yaradıb, onun ayaqda qalması üçün ucuz siqaret çəkib, qalan pulu ilə teatrın çatmayan xərclərini ödəyir. Vidadi Həsənov kimi sənətə dəyər verən insanı az qala təhqir edirsiz. Olmaz belə”.

Müzakirələrə qoşulan aktyor Səmim Fərhad V.Həsənovun müdafiəsinə qalxıb. O, Orxan Saffarinin yazdığının tənqid yox, təhrikedici üslub olduğunu və diqqət çəkmək məqsədi daşıdığını bildirib:

“Oxunsun deyə ağlına nə gəldi yazanlardan biri Vidadi Həsənov haqqında belə bir yazı yazıb. Belələrinin peşə əxlaqı olmasa da, həmkar həmrəyliyi var. Paradoks ondadır ki, etik boşluq həmrəyliklə kompensasiya olunur.

Bizim aktyor tayfası isə… “məndən ötsün, qardaşıma dəysin” prinsipi ilə yaşayır. Bu yanaşma isə sənət mühitində strukur zəifliyinin göstəricisidir.

Paylaşmadan əvvəl bir neçə başqa yazısına da baxdım. Müəllifin ümumi üslubu və analitik çərçivəsi  aydın görünür. Adam qıcıq yaradan bir üslub seçib, daş atmadığı bostan qalmayıb.
Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur.

Habil Əliyev, Akif İslamzadə və s. Bu adların çəkilməsi arqument yaratmır, sadəcə simvolik fiqurlar üzərindən diqqət çəkmək cəhdidir.
Vidadi müəllimin ayağı biləni, sənin başın bilmir!

Kişinin sənətini qoyub qırağa, siqaret çəkib, məsləhət verməsindən danışırsan. Şəxsən mən inanmıram, Vidadi müəllim sənə məsləhət versin çünki, o çox yaxşı bilir ki, quyuya su tökməklə quyu dolmaz!
Mənim kimi neytrallığını qoruyan adama bu yazını yazdırmısansa, deməli, istədiyinə çatmısan”, - deyə o yazıb.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri