“Vikipediya”nın yaranmasının 24 ili tamam olur | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illər ölkədə sərbəst ensiklopediya olan “Vikipediya”ya maraq artıb Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam olur.
Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.
“Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır.
Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.
İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən Vikipediya onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib.
Vikipediya bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir.
ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir.
Tam oxu
Xəbəri oxu