Icma.az
close
up
RU
“Vikipediya”nın yaranmasının 24 ili tamam olur

“Vikipediya”nın yaranmasının 24 ili tamam olur

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər ölkədə sərbəst ensiklopediya olan “Vikipediya”ya maraq artıb

Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.
“Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.

İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən Vikipediya onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. Vikipediya bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir.
ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. Vikipediyaya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2007-ci ildən Vikipediya ilə bağlı elmi tədqiqatlara və praktiki fəaliyyətə başlanılıb.
15 yanvar 2014-cü il tarixində AMEA Rəyasət Heyəti “Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” Qərar qəbul edib. Həmin Qərara uyğun olaraq, 2014-cü ildə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında viki-qruplar, İnformasiya Texnologiyaları İnstitutunda isə Viki Mərkəz yaradılıb. Viki Mərkəz tərəfindən viki-qrup üzvlərinə nəzəri və praktiki biliklər tədris edilib.
Viki-Mərkəzin qarşısına AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qruplara cəlb edilmiş əməkdaşlara virtual ensiklopediyanın müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün bir sıra vəzifələr qoyulub: zəruri biliklərin tədrisi və praktiki bacarıqların aşılanmasını nəzərdə tutan treninq kurslarının təşkili, vikimetrik araşdırmaların genişləndirilməsi, viki-mühitdə Azərbaycanla bağlı kontentlərin monitorinqi, dezinformasiya və informasiya qarşıdurmaları kimi faktların aşkarlanması. Viki-Mərkəz həm də Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, müasir reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin viki-mühitdə yerləşdirilməsinin təşkilində iştirak edir.
Hazırda Viki Mərkəz aşağıdakı geniş istiqamətlər üzrə çox məhsuldar şəkildə fəaliyyət göstərir:
- Tədris fəaliyyəti. 2008-2019-cu illərdə minlərlə doktorant və dissertanta, 2014-2019-cu illər ərzində 150-ə yaxın viki-qrup üzvünə, dövlət və media qurumlarının əməkdaşlarına “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris edilmişdir. Hazırda institutda təhsil alan magistrantlara müvafiq kurs tədris edilir. Müraciətlər əsasında müxtəlif müəssisə və təşkilatların əməkdaşları üçün bu cür kurslar təşkil edilə bilər.
- Beynəlxalq təcrübənin öyrənilməsi. Vikipediyanın Azərbaycan seqmentində mövcud problemləri həll etmək və inkişafa nail olmaq üçün bu sahədə aktiv fəaliyyət göstərən, qısa müddər ərzində müəyyən nəticələr əldə edən ölkələrin təcrübəsi öyrənilir, müvafiq analizlər aparılır, təkliflər işlənilir.
- Monitorinq fəaliyyəti. Vikipediyanın Azərbaycan, ingilis, rus, türk dili seqmentlərində milli maraqlarımıza zidd olan kontentlərin müntəzəm monitorinqi və analizi aparılır, müvafiq hesabatlar hazırlanır.
- Məsləhət xidməti. Müxtəlif təşkilatların və şəxslərın müraciətləri əsasında onlara Vikipediyada işləmək qaydaları, qarşılaşdıqları problemlərlə bağlı lazımi elmi məsləhətlər verilir. Azərbaycanın görkəmli şəxslərinin səhifələrinin yaradılmasına, kitablarının yerləşdirilməsinə dəstək göstərilir.
- İnformasiya təminatı fəaliyyəti. Viki-texnologiyalardan istifadə etməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün viki-mühitin zəruri kontent təminatı həyata keçirilir. Bu istiqamətdə işlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində yerinə yetirilir.
- Təbliğat fəaliyyəti. Vikipediya ensiklopediyasının Azərbaycan cəmiyyətində tanınması üçün müxtəlif konfranslarda, forumlarda, televiziya və radio kanallarında, çap və elektron media resurslarında təbliğat-təşviqat işləri aparılır. Bu istiqamətdə işlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində yerinə yetirilir.
- Elmi-tədqiqat fəaliyyəti. Vikipediya resurslarında toplanmış qeydiyyat məlumatlarının analizi (vikimetriya) aparılır, gizli sosial şəbəkələr aşkarlanaraq təhlil olunur və s. Tədqiqatların nəticələri kimi müxtəlif nüfuzlu elmi jurnallarda 13 məqalə nəşr olunub, 10 tezis hazırlanıb və müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfranslarda təqdim edilib. Bunlardan başqa, 3 kitab nəşr olunub. Eyni zamanda, Viki Mərkəzin əməkdaşları tərəfindən 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilən “Vikipediya virtual ensiklopediyasının monitorinqi və analizi üçün metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihəsi qalib elan olunub. 2018-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi İradə Ələkbərova “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edib.
Vikipediya hazırda Azərbaycan dilində olan ən böyük məlumat toplularından biridir. Bu işi təmənnasız görənlər öz hobbiləri ilə online resurslarda məlumatın çoxalmasına töhfə verirlər və sözün həqiqi mənasında böyük, əziyyətli və xeyirxah bir iş görürlər.
Bu gün istənilən mövzunu öyrənmək üçün hamı Vikipediyanı daha rahat mənbə hesab edir. Eyni zamanda əksər ölkələr, tanınmış şəxslər, elm adamları, sənət adamları, baş verən tarixi hadisələr və digərləri haqqında məlumatları vikipediyada tapmaq mümkündür. Qısacası, biz Vikipediyanı həyatımızın bir parçası adalandıra bilərik.
“Vikipediya” üzrə mütəxəssis Elnur Eltürkün fikrincə, son illər ölkədə sərbəst ensiklopediya olan “Vikipediya”ya maraq artıb. Azərbaycan dili bölməsi 2004-cü ildən fəaliyyətə başlayıb. İlk məqalə həmin ildən yaranıb. Hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində 191 mindən çox məqalə mövcuddur. Demək olar ki, dil bölməsində humanitar, texniki və digər mövzuları əhatə edən məqalələr var. Getdikcə də artır. Çünki ölkədə “Vikipediya” hərəkatı mövcuddur. Yüzlərlə könüllü prosesdə fəal iştirak edərək, öz töhfəsini verir. Könüllülər maraq sahələrinə uyğun məqalələr yaradırlar. Onlar “viki” hərəkatın fəal iştirakçılarıdırlar. Düzdür, problemlər var. Zamanla bunlar aradan qaldırılacaq.
O, qeyd edib ki, "Vikipediya”da məqalə yaratmaq asandır. Sadəcə qeydiyyatdan keçmək lazımdır. Ana səhifədə “hesab yarat”a daxil olmaqla qeydiyyatdan keçmək olar. 2017-ci ildə Mərkəzi Elmi Kitabxananın əməkdaşı Güney Məmmədova tərəfindən hazırlanan ““Vikipediya”da qeydiyyatdan keçmək və məqalə yaratmaq” başlığı altında youtube kanalında videolar var. Hansısa çətinliklər olarsa, təlimçilərə, fəal üzvlərə müraciət etmək olar. Mən deyərdim ki, ölkədə peşəkar təlimçilər formalaşıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının, “Qorqud” Vikipediya Metodik Klubunun, "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin təlimçiləri “Vikipediya”da məqalələrin yaradılması ilə intensiv təlimlər keçirlər. Dərslər həm əyani, həm də onlayn baş tutur.
E.Eltürk onu da vurğulayıb ki, Türk dünyası ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi “Viki”könüllülərinin daima maraq dairəsindədir. Türk dünyasında tarixi, elmi, akademik hadisələr “Vikipediya”-nın Azərbaycan dili bölməsində öz əksini tapır. Türk dünyasının tarixi, çoğrafiyası, ədəbiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında məqalələr çoxluq təşkil edir. “Vikipediya”nın digər türk dilləri bölmələrində eyni proses davam edir.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:638
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Yanvar 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri