Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu fikirlər fransız alimi Lui Blan tərəfindən "Viktor Hüqo və İslam" kitabında ətraflı təhlil edilir və İslamın Hüqoya təsirinin doqmatik deyil, mədəni və mənəvi olduğunu vurğulayır...”
Moderator.az aktuallığını nəzərə alaraq “İslamnews” nəşrinin təqdim etdiyi “Viktor Hüqo və Quran” yazısının tərcüməsini dəyərli Moderator.az oxucularının diqqətinə çatdırır:
“Qərb ədəbiyyatı tarixində İslam tez-tez qorxu, təhrif və ya səthi ekzotizm vasitəsilə təsvir edilmişdir. Lakin fransız klassiki Viktor Hüqo nadir bir istisna idi: o, İslamı "yad" kimi deyil, dərin mənəvi və humanist bir təcrübə kimi görürdü.
"Səfillər" və "Paris Notr-Dam kilsəsi" əsərlərinin müəllifi İslam haqqında teoloji traktat yazmamış və dinə keçməmiş, əksinə İslamı və Məhəmməd Peyğəmbərin (ﷺ Allahın Ona salamı olsun!) obrazını şeirlərinə mənəvi güc, ədalət və mərhəmət mənbəyi kimi daxil etmişdir.
Hüqo 44 yaşında Quranın fransızca versiyasını oxuduqda dönüş nöqtəsi yarandı. O, mətnin dilinə, obrazlarına və mənəvi gücünə heyran qalmış, onu təkcə dini deyil, həm də unikal ədəbi və fəlsəfi əsər kimi görmüşdür.
"Hicri doqquzuncu il" şeirində Hüqo Məhəmməd Peyğəmbəri (ﷺ Allahın Ona salamı olsun!) mif və ya düşmən kimi deyil, bəşəriyyətə mesajının ağırlığını ləyaqətlə və insanlıqla daşıyan bir insan kimi təsvir etmişdir - bu, 19-cu əsr Qərb ədəbiyyatında nadir bir nümunədir.
İslam haqqında şübhə və ya təkəbbürlə yazan bir çox müasirlərindən fərqli olaraq, Hüqo bu barədə hörmət və dərinliklə danışırdı, İslamı həyatın mənası, insan məsuliyyəti və Mütləqə bağlılıq haqqında düşünməyə aparan bir yol kimi görürdü. Bu fikirlər fransız alimi Lui Blan tərəfindən "Viktor Hüqo və İslam" kitabında ətraflı təhlil edilir və İslamın Hüqoya təsirinin doqmatik deyil, mədəni və mənəvi olduğunu vurğulayır.
Hüqo üçün İslam sivilizasiyalar arasında körpü oldu və onun poeziyası siyasət və qərəzin uğursuz olduğu yerlərdə ədəbiyyatın dialoqu inkişaf etdirə biləcəyinin sübutu idi...”
Tərcümə və təqdim etdi:
Sultan Laçın