Vinisius “ağzıgöyçəklər”in cavabını verdi

24.01.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vinisius Juniorun “səbr kasası daşıb”. “Real”ın ulduz futbolçusu azarkeşlərin etirazına sərt reaksiya verib.

"Football-plus.az" xəbər verir ki, Braziliyalı hücumçu La Liqanın “Levante” ilə oyunundan əvvəl xoşagəlməz anlar yaşayıb. İsinmə hərəkətləri zamanı “Santyaqo Bernabeu”dakı bəzi azarkeşlər tərəfindən fitə basılan 25 yaşlı futbolçu bu münasibətdən bərk qəzəblənib. Buna görə həm də çox məyus görünən Vinisiusa komanda yoldaşı Kilian Mbappe təsəlli verməyə çalışıb.
“El Periodico” nəşrinin məlumatına görə, ulduz futbolçu azarkeşlərin ona münasibətinə belə reaksiya verib: “Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm”.
Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Onun komandadan ayrılacağıyla bağlı söz-söhbət isə səngimək bilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью