Vinisius “ağzıgöyçəklər”in cavabını verdi
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vinisius Juniorun “səbr kasası daşıb”. “Real”ın ulduz futbolçusu azarkeşlərin etirazına sərt reaksiya verib.
"Football-plus.az" xəbər verir ki, Braziliyalı hücumçu La Liqanın “Levante” ilə oyunundan əvvəl xoşagəlməz anlar yaşayıb. İsinmə hərəkətləri zamanı “Santyaqo Bernabeu”dakı bəzi azarkeşlər tərəfindən fitə basılan 25 yaşlı futbolçu bu münasibətdən bərk qəzəblənib. Buna görə həm də çox məyus görünən Vinisiusa komanda yoldaşı Kilian Mbappe təsəlli verməyə çalışıb.
“El Periodico” nəşrinin məlumatına görə, ulduz futbolçu azarkeşlərin ona münasibətinə belə reaksiya verib: “Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm”.
Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Onun komandadan ayrılacağıyla bağlı söz-söhbət isə səngimək bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 24 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















