Virtual reallıq beynin emosional mərkəzlərini real hadisə kimi stimullaşdıra bilir PSİXOLO…
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Virtual reallığın psixoloji təsir baxımından real həyatı əvəz edib-etməməsi psixologiyada ən çox müzakirə olunan mövzulardan biridir.
Virtual reallıq insan beyninə çox güclü təsir göstərsə də, real həyatı tam şəkildə əvəz edə biləcək səviyyədə deyil".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi VR texnologiyasının duyğuları reala yaxın şəkildə təqlid etməsinə baxmayaraq, insanın sosial və emosional inkişafında mühüm rol oynayan faktorları tam şəkildə təmin etməməsidir: "İnsanın beyni vizual, eşitmə və məkan siqnallarını birlikdə qəbul etdiyi zaman həmin mühiti “gerçək” kimi qəbul edir.
VR məhz bu üç əsas siqnalı yüksək dəqiqliklə təqdim etdiyi üçün, istifadəçi qorxu, həyəcan, rahatlıq, empatiya kimi emosiyaları real həyatda olduğu qədər güclü şəkildə hiss edir.
Məsələn, hündürlük fobiyası olan şəxs VR mühitində uçuruma yaxınlaşanda bədənində eyni fizioloji reaksiyalar, titrəmə, tərləmə, ürək döyüntüsünün artması yaranır.
Bu, virtual reallığın beynin emosional mərkəzlərini real hadisə kimi stimullaşdırdığını göstərir.
Tam oxu
Xəbəri oxu