Virtz niyə Liverpul u seçib?

25.08.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Liverpul"un yarımmüdafiəçisi Florian Virtz "Bavariya"dan "mersisaydlılar"a keçidindən danışıb.

QOL.az "Kicker"ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu İngiltərə klubunu seçməyinin səbəbini açıqlayıb:

"Hər zaman düşünürdüm ki, növbəti addımda həqiqətən olmaq istədiyim yeri seçmək imkanım olacaq. Və belə oldu. Ona görə də seçim etməyə tələsmirdim. Hətta bu yaydan əvvəl klubların hər biri haqqında çox düşünürdüm. Asan qərar deyildi. Amma düzgün qərar verdiyimə tam əminəm. Mən xoşbəxtəm".

Qeyd edək ki, Virtz iyun ayında "Liverpul"la 5 illik müqavilə imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью