Virtz niyə Liverpul u seçib?
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Liverpul"un yarımmüdafiəçisi Florian Virtz "Bavariya"dan "mersisaydlılar"a keçidindən danışıb.
QOL.az "Kicker"ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu İngiltərə klubunu seçməyinin səbəbini açıqlayıb:
"Hər zaman düşünürdüm ki, növbəti addımda həqiqətən olmaq istədiyim yeri seçmək imkanım olacaq. Və belə oldu. Ona görə də seçim etməyə tələsmirdim. Hətta bu yaydan əvvəl klubların hər biri haqqında çox düşünürdüm. Asan qərar deyildi. Amma düzgün qərar verdiyimə tam əminəm. Mən xoşbəxtəm".
Qeyd edək ki, Virtz iyun ayında "Liverpul"la 5 illik müqavilə imzalayıb.

“Liverpul” Virtz transferini tamamlayıb
13 İyun 2025 14:20
Virtz Liverpul la razılaşdı illik 22 milyon avroya
06 İyun 2025 23:27
Florian Virtz 125 milyon avroya Bayer dən Liverpul a keçib
21 İyun 2025 11:01
Marmuş “Liverpul”u istəyir
13 Noyabr 2024 22:29
“Liverpul”u almaq istəyir
07 Yanvar 2025 23:27

