Vitali Kliçko: “Kiyevdə kritik vəziyyət yaranıb” | Icma.az
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az bildirir ki, bu barədə məlumat verən Ukrayna prezidenti Volodimir Zelenslinin sözlərinə görə, Kiyev və ətraf rayonlarla yanaşı, elektrik enerjisi ilə bağlı ən çətin vəziyyət həm də Xarkov və Sumı vilayətlərindədir.
“Təmir briqadaları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti, o cümlədən enerji şirkəti və kommunal xidmət işçiləri tam şəkildə səfərbər olunub.
Vəziyyətlə bağlı keçirilən yığıncaqda zamanı şəbəkə və yarımstansiyaların təmirinin sürətləndirilməsi müzakirə edilib”, - Zelenski deyib.
Xatırladaq ki, yanvarın 20-nə keçən gecə Rusiya Kiyevə və Ukraynanın bir sıra bölgələrinə iri raket və pilotsuz təyyarələrlə zərbə endirib.
Nəticədə Kiyevdə minlərlə çoxmənzilli bina istiliksiz qalıb.
Yerli hakimiyyət orqanları Kiyevin sol sahilinin müvəqqəti olaraq susuz da qaldığını bildiriblər.
Rusiya Ukraynanın 3 vilayətinə zərbələr endirib “Ukrenerqo” daha sonra elektrik enerjisi ilə bağlı ən çətin vəziyyətin Kiyevdə, eləcə də Kiyev, Poltava və cəbhəyanı Xarkov, Sumı və Donetsk vilayətlərində olduğunu açıqlayıb.
Tam oxu
Xəbəri oxu