Icma.az
close
up
RU
Vitali Kliçko: “Kiyevdə kritik vəziyyət yaranıb”

Vitali Kliçko: “Kiyevdə kritik vəziyyət yaranıb”

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az bildirir ki, bu barədə məlumat verən Ukrayna prezidenti Volodimir Zelenslinin sözlərinə görə, Kiyev və ətraf rayonlarla yanaşı, elektrik enerjisi ilə bağlı ən çətin vəziyyət həm də Xarkov və Sumı vilayətlərindədir.
“Təmir briqadaları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti, o cümlədən enerji şirkəti və kommunal xidmət işçiləri tam şəkildə səfərbər olunub. Vəziyyətlə bağlı keçirilən yığıncaqda zamanı şəbəkə və yarımstansiyaların təmirinin sürətləndirilməsi müzakirə edilib”, - Zelenski deyib.
Xatırladaq ki, yanvarın 20-nə keçən gecə Rusiya Kiyevə və Ukraynanın bir sıra bölgələrinə iri raket və pilotsuz təyyarələrlə zərbə endirib. Nəticədə Kiyevdə minlərlə çoxmənzilli bina istiliksiz qalıb. Yerli hakimiyyət orqanları Kiyevin sol sahilinin müvəqqəti olaraq susuz da qaldığını bildiriblər.
Rusiya Ukraynanın 3 vilayətinə zərbələr endirib “Ukrenerqo” daha sonra elektrik enerjisi ilə bağlı ən çətin vəziyyətin Kiyevdə, eləcə də Kiyev, Poltava və cəbhəyanı Xarkov, Sumı və Donetsk vilayətlərində olduğunu açıqlayıb.
Kiyev şəhərinin meri Vitali Kliçko, öz növbəsində, Böyük Britaniyanın “The Times” qəzetinə müsahibəsində Rusiyanın kritik infrastruktura kütləvi zərbələrindən sonra yüz minlərlə insanın Ukraynanın paytaxtını tərk etdiyini söyləyib.
Açıqlanan məlumatlara əsasən, 3 milyon çox sakinin yaşadığı Kiyev şəhərini 2026-cı ilin yanvar ayında – 600 min insan tərk edib. Kliçko əsas xidmətlərin - istilik, su təchizatı, elektrik enerjisi ilə bağlı vəziyyətini “kritik” adlandırıb.
O, yenidən paytaxt sakinlərinə mümkünsə Kiyevi tərk etməyi məsləhət görüb, çünki ən azı iki həftə davam edəcəyi gözlənilən soyuq hava zamanı temperatur -18°C-ə düşüb.
Tələb olunan temperaturu saxlaya bilmədiyi üçün şəhər rəhbərliyi suyun donmasının və boruların partlamasının qarşısını almaq məqsədilə mərkəzi istilik və su təchizatı sistemlərini qurutmaq məcburiyyətində qalıb.
- Bəzi evlərdə o qədər soyuqdur ki, sakinlər tualetdən istifadə edə bilmirlər, çünki unitazlarda qabda su donub, pəncərələrin altlıqlarında kondensasiyadan buzlaqlar əmələ gəlib”, - Ukrayna paytaxtının meri deyib.
Vitali Kliçko Rusiya prezidenti Vladimir Putini Kiyevi “humanitar fəlakətə” sürükləməkdə ittiham edib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Yanvar 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri