Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsanlar daha sağlam həyat sürmək üçün fərdi vitamin və ya mineral əlavələr, multivitaminlərdən istifadə edirlər.
Bu əlavələrin qiyməti isə bazarda on milyardlarla dollar dəyərində olduğu təxmin edilir.
Yeni bir araşdırma multivitaminlərin ömrü uzatmadığını ortaya çıxarıb.
“The İndependent” nəşri xəbər verir ki, multivitaminlərlə bağlı araşdırmalarda indiyədək müxtəlif nəticələr əldə edilib.
Məsələn, bəzi araşdırmalar bu əlavələrin xərçəng, ürək və diabet kimi xəstəliklərin riskini artırdığını irəli sürmüşdü.
Digər tərəfdən, başqa bir araşdırmada multivitaminlərin qocalıqda koqnitiv geriləməni ləngidə biləcəyi də iddia edilirdi.
ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada multivitaminlərin uzunömürlülük üzərində təsirini qiymətləndiriblər.