Icma.az bildirir, Cebheinfo portalına istinadən. “Hansı şərtlərin, razılaşmanın davamlı olub-olmaması hazırda əsas hədəf kimi görünmür.
Əsas hədəf razılaşma haqqında yekun rəyə gəlməkdir”. Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.
O, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiyaya səfərini təhlil edərkən bildirib ki, sayca üçüncü olan səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və Trampın istəklərini ona çatdıracaq.
“Trampın hazırda əsas məqsədi Rusiya-Ukrayna müharibəsini bitirməkdir.
Hansı şərtlərin, razılaşmanın davamlı olub-olmaması hazırda əsas hədəf kimi görünmür. Əsas hədəf razılaşma haqqında yekun rəyə gəlməkdir.
Bu baxımdan şərtlər də, tərəflərin mövqeləri də uzlaşdırılacaq.
Lakin əsas problem Rusiya və ABŞ-nin hansının üstün mövqedə olacağında deyil. Əsas məsələ Ukraynanın taleyidir”.
Onun sözlərinə görə, Ukraynanı onun üçün ağır şərtlərlə sülhə məcbur etmək yolverilməzdir: “İndiki durumda Kiyev Trampın təklifinə razılaşsa, təbii sərvətlərini itirəcək, torpaq itkisinə və gələcək üçün planladığı siyasi hesablamalarından imtinaya məruz qalacaq.