Icma.az
close
up
RU
Vitkoff yenə Moskvada: “İndiki durumda Kiyev Trampın təklifinə razılaşsa...” Rəfail Becanov

Vitkoff yenə Moskvada: “İndiki durumda Kiyev Trampın təklifinə razılaşsa...” Rəfail Becanov

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Hansı şərtlərin, razılaşmanın davamlı olub-olmaması hazırda əsas hədəf kimi görünmür. Əsas hədəf razılaşma haqqında yekun rəyə gəlməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiyaya səfərini təhlil edərkən bildirib ki, sayca üçüncü olan səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və Trampın istəklərini ona çatdıracaq.

“Trampın hazırda əsas məqsədi Rusiya-Ukrayna müharibəsini bitirməkdir. Hansı şərtlərin, razılaşmanın davamlı olub-olmaması hazırda əsas hədəf kimi görünmür. Əsas hədəf razılaşma haqqında yekun rəyə gəlməkdir. Bu baxımdan şərtlər də, tərəflərin mövqeləri də uzlaşdırılacaq. Lakin əsas problem Rusiya və ABŞ-nin hansının üstün mövqedə olacağında deyil. Əsas məsələ Ukraynanın taleyidir”.

Onun sözlərinə görə, Ukraynanı onun üçün ağır şərtlərlə sülhə məcbur etmək yolverilməzdir:

“İndiki durumda Kiyev Trampın təklifinə razılaşsa, təbii sərvətlərini itirəcək, torpaq itkisinə və gələcək üçün planladığı siyasi hesablamalarından imtinaya məruz qalacaq. Rusiyanın şərtləri məlumdur. İşağl olunmuş ərazilərin geri qaytarılmaması, Ukraynanın NATO və Qərbə məxsus digər birliklərə qoşulmamasının təsdiqlənməsi və hakimiyyətin əvəzolunmasında israrlıdır. İndiki situasiyada əldə edilən razılaşma nəticəsində ABŞ Ukraynanın təbii resurslarını, Rusiya isə Ukraynanın ərazilərini və onun siyasi idarəetməsini ələ keçirmiş olacaq”.

Həmsöhbətimizin fikrincə, Tramp Ukraynanın itkilərinə baxmayaraq, bu müharibəni bitirmək istəyir:

“Çinlə mövcud qarşıdurma, İranla bağlı planlar, Yaxın Şərqdəki prosesləri tam nəzarətə götürmək üçün ABŞ Rusiya ilə hazırda qarşıdurmada maraqlı deyil. Çünki onu bu məsələlərdə özünə rəqib hesab etmir. Sıxışdırılan Rusiyaya hələlik postsovet məkanını nəzarətdə saxlamaq imkanını tanıyır. Rusiyanın Suriyadan müqavimətsiz çəkilməsində də bu faktor önəmli rol oynadı”.

“Rusiya da indiki mərhələni adlamaq və hazırda “yenidən görüşərik” prinsipinə söykənərək, Ukraynada şərtlərinin yerinə yetirilməsi halında ABŞ ilə əməkdaşlığa hazır olduğunu bildirir. Tramp isə buna soyuqqanlı və dərhal razılıq verə bilmir. Ona görə də aprelin sonuna qədər atəşkəs razılaşması əldə olunmasa, ABŞ-nin Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə biləcəyi fikrini də ictimai fikrə təqdim edir. Bəzi fikir ayrılıqlarına baxmayaraq, tərəflərin yekunda razılaşacağı gözlənilir. Lakin şərtlərin nə olmasından asılı olmayaraq, razılaşmanın uzunmüddətli olacağı mümkün deyil. Putin və Rusiya Ukraynanı bütövlükdə anneksiya etmək istəyir. Ən azı Belarus formasında”, – deyə o fikirlərini tamamlayıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri