VK və “Maks“ mesenceri “Google Play“ mağazasından silindi

16.07.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

VK və "Maks" milli mesencerinin tətbiqləri artıq "Google Play" mağazasından yüklənmək üçün əlçatan deyil. Bununla belə, cihazlara əvvəlcədən quraşdırılmış servislər heç bir məhdudiyyət olmadan öz adi rejimində fəaliyyətini davam etdirir.

Moderator.az xəbər verir ki, bu barədə gazeta.ru nəşrinə VK şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, "Android" istifadəçiləri proqramları alternativ mağazalar, o cümlədən "RuStore", "Huawei AppGallery", "Samsung Galaxy Store", "Xiaomi GetApps" və digər platformalar vasitəsilə yükləyə bilərlər. Tətbiqlərin yenilənməsi də bu mağazalar üzərindən standart qaydada həyata keçirilir.

Bununla yanaşı, "Android" cihazlarının sahibləri "Maks" və VK tətbiqləri daxilindəki mesajlar, zənglər və digər hadisələrlə bağlı "push" bildirişləri almağa davam edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью