VK və “Maks“ mesenceri “Google Play“ mağazasından silindi
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
VK və "Maks" milli mesencerinin tətbiqləri artıq "Google Play" mağazasından yüklənmək üçün əlçatan deyil. Bununla belə, cihazlara əvvəlcədən quraşdırılmış servislər heç bir məhdudiyyət olmadan öz adi rejimində fəaliyyətini davam etdirir.
Moderator.az xəbər verir ki, bu barədə gazeta.ru nəşrinə VK şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, "Android" istifadəçiləri proqramları alternativ mağazalar, o cümlədən "RuStore", "Huawei AppGallery", "Samsung Galaxy Store", "Xiaomi GetApps" və digər platformalar vasitəsilə yükləyə bilərlər. Tətbiqlərin yenilənməsi də bu mağazalar üzərindən standart qaydada həyata keçirilir.
Bununla yanaşı, "Android" cihazlarının sahibləri "Maks" və VK tətbiqləri daxilindəki mesajlar, zənglər və digər hadisələrlə bağlı "push" bildirişləri almağa davam edəcəklər.
Baxış sayı:131
Bu xəbər 16 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















