Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, serbiyalı hücumçu “Beşiktaş”la razılıq əldə edib.
Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıblar. 26 yaşlı forvardın bu gün İstanbula yollanacağı, tibbi müayinəsinin isə cümə axşamına planlaşdırıldığı bildirilir.
Vlahoviç “Beşiktaş”a azad agent kimi qoşulacaq. O, son dörd mövsüm yarımı “Yuventus”un formasını geyinib.
Qeyd edək ki, Vlahoviç 2025/26 mövsümündə Turin klubunun heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniyalı müdafiəçi "Çelsi"də “Barselona” Alvaresin əvəzedicisini tapdı Argentina millisinin üzvü “Bayer”də “Sabah” qələbə qazandı, ölkəmiz UEFA reytinqində mövqeyini qorudu Poqba yenidən zədələndi