Vlahoviç İstanbul nəhəngində 3 illik müqavilə
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, serbiyalı hücumçu “Beşiktaş”la razılıq əldə edib.
Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıblar. 26 yaşlı forvardın bu gün İstanbula yollanacağı, tibbi müayinəsinin isə cümə axşamına planlaşdırıldığı bildirilir.
Vlahoviç “Beşiktaş”a azad agent kimi qoşulacaq. O, son dörd mövsüm yarımı “Yuventus”un formasını geyinib.
Qeyd edək ki, Vlahoviç 2025/26 mövsümündə Turin klubunun heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniyalı müdafiəçi "Çelsi"də “Barselona” Alvaresin əvəzedicisini tapdı Argentina millisinin üzvü “Bayer”də “Sabah” qələbə qazandı, ölkəmiz UEFA reytinqində mövqeyini qorudu Poqba yenidən zədələndi
Bu mövzuda digər xəbərlər:İstanbul klubu Vlahoviç üçün hərəkətə keçdi
06 İyun 2026 16:21
İstanbul klubu Nuri Şahinlə 3 illik müqavilə imzalayıb
15 Sentyabr 2025 15:51
Vlahoviç mükafatlandırıldı
18 Dekabr 2024 12:43
Vlahoviç Yuventus ilə yeni müqavilə imzalaya bilər
24 Dekabr 2024 07:02
Vlahoviç meydanlara qayıdır
05 Mart 2026 13:00
Baxış sayı:150
Bu xəbər 12 Avqust 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















