Vuçiç: Serbiya Aİ yə qoşulmaq istəyir

01.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Belqrad Avropa İttifaqına qoşulmağa can atır, lakin xarici siyasətini müstəqillik və hərbi neytrallıq üzərində qurmaq niyyətindədir. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu  Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümünə həsr olunmuş görüşdə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Biz Avropa yolunu izləyirik. Lakin siyasətimizi müstəqillik, hərbi neytrallıq, dialoq və dünyanın hər yerində əməkdaşlığın inkişafı prinsipləri əsasında formalaşdırırıq", - deyə Vuçiç bildirib.

Prezident həmçinin qeyd edib ki, silahlı münaqişə, güclər arasında artan inamsızlıq, ticarət axınlarında pozuntular və iqlim dəyişikliyi dövründə təşkilatın ölkələri ədalətli və azad beynəlxalq nizamın müdafiəsi üçün birləşməlidir.

Xatırladaq ki, hazırda Qoşulmama Hərəkatı 120 ölkədən, o cümlədən 17 dövlətdən və 10 beynəlxalq təşkilatdan ibarətdir. Eyni zamanda müşahidəçi statusuna malikdir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью