Vuçiç: Serbiya Aİ yə qoşulmaq istəyir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Belqrad Avropa İttifaqına qoşulmağa can atır, lakin xarici siyasətini müstəqillik və hərbi neytrallıq üzərində qurmaq niyyətindədir.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümünə həsr olunmuş görüşdə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Biz Avropa yolunu izləyirik. Lakin siyasətimizi müstəqillik, hərbi neytrallıq, dialoq və dünyanın hər yerində əməkdaşlığın inkişafı prinsipləri əsasında formalaşdırırıq", - deyə Vuçiç bildirib.
Prezident həmçinin qeyd edib ki, silahlı münaqişə, güclər arasında artan inamsızlıq, ticarət axınlarında pozuntular və iqlim dəyişikliyi dövründə təşkilatın ölkələri ədalətli və azad beynəlxalq nizamın müdafiəsi üçün birləşməlidir.
Xatırladaq ki, hazırda Qoşulmama Hərəkatı 120 ölkədən, o cümlədən 17 dövlətdən və 10 beynəlxalq təşkilatdan ibarətdir. Eyni zamanda müşahidəçi statusuna malikdir.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Sentyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















