Vulkan püskürdü, jurnalistlər itkin düşdü

09.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İndoneziyada Anak Krakatau vulkanı yaxınlığında beş jurnalist və iki şəxsiyyəti məlum olmayan şəxs itkin düşüb.

Bakıvaxtı.az  ANTARA-ya istinadən xəbər verir ki, 7 sentyabrda jurnalistləri daşıyan sürət qayığı Banten əyalətindəki Pagedongan körpüsündən yola düşüb. Jurnalistlər vulkan haqqında reportaj çəkməyi planlaşdırarkən onlarla əlaqə kəsilib.

"Sürətli qayığın göyərtəsində yeddi nəfər, o cümlədən ANTARA xəbər agentliyinin fotojurnalisti M. Bagus Hoyrunnas; "Merdeka"dan Ari Basuki; "iNews"dan Yudhis; "Anadolu"dan Daus; müstəqil jurnalist Donal və şəxsiyyətləri hələ müəyyən edilməmiş daha iki nəfər var idi", - deyə açıqlamada bildirilir.

Agentlik axtarışın birinci mərhələsinin uğursuz olduğunu bildirib. Bundan əlavə, xilasetmə əməliyyatı vulkan püskürməsi səbəbindən çətinləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью