Vulkan püskürdü, jurnalistlər itkin düşdü
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndoneziyada Anak Krakatau vulkanı yaxınlığında beş jurnalist və iki şəxsiyyəti məlum olmayan şəxs itkin düşüb.
Bakıvaxtı.az ANTARA-ya istinadən xəbər verir ki, 7 sentyabrda jurnalistləri daşıyan sürət qayığı Banten əyalətindəki Pagedongan körpüsündən yola düşüb. Jurnalistlər vulkan haqqında reportaj çəkməyi planlaşdırarkən onlarla əlaqə kəsilib.
"Sürətli qayığın göyərtəsində yeddi nəfər, o cümlədən ANTARA xəbər agentliyinin fotojurnalisti M. Bagus Hoyrunnas; "Merdeka"dan Ari Basuki; "iNews"dan Yudhis; "Anadolu"dan Daus; müstəqil jurnalist Donal və şəxsiyyətləri hələ müəyyən edilməmiş daha iki nəfər var idi", - deyə açıqlamada bildirilir.
Agentlik axtarışın birinci mərhələsinin uğursuz olduğunu bildirib. Bundan əlavə, xilasetmə əməliyyatı vulkan püskürməsi səbəbindən çətinləşir.
Baxış sayı:28
Bu xəbər 09 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















