Vüqar Bayramov: Auditlərin sayında xüsusi dəyişiklik yoxdur | Icma.az
Icma.az, Sfera.az portalına istinadən məlumat verir. "Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq Hes
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, 2022-ci ildə palata tərəfindən 42 audit keçirildiyi halda 2024-cü ildə də eyni zamanda audit aparılıb.
"Halbuki dövlət büdcəsinin xərcləri 2022-ci ildə 32 milyard 64 milyon manat olsa da, 2024-cü ildə bu rəqəm 39 milyard 742 milyon manatadək yüksəlmişdir.
Auditlərin əhatə etdiyi fiskal dövriyyədə də xüsusi dəyişiklik baş verməmişdir.
Bu baxımdan, palata tərəfindən audit müddətinin,seçim meyarlarının ayrıca da təqdim olunması məqsədəuyğundur".
Milllət vəkili qeyd edib ki, 2024-cü ildə 6 səmərəlilik (performance) auditi keçirilib və onların yarısında qənaətlilik meyarından istifadə edilməyib.
Deputat söyləyib ki, İNTOSAİ performance auditinə 3Es (economy, efficiency and effectiveness) prinsipi ilə yanaşır və bu baxımdan nə üçün sayı heç də çox olmayan səmərəlilik auditlərin bütün meyarların tətbiq edilməməsi sual doğurur.
Tam oxu
Xəbəri oxu