Icma.az
close
up
RU
Vüqar Bayramov: Auditlərin sayında xüsusi dəyişiklik yoxdur

Vüqar Bayramov: Auditlərin sayında xüsusi dəyişiklik yoxdur

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

"Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq Hesablama Palatası tərəfindən həyata keçirilən auditlərin sayının xüsusi dəyişiklik yoxdur".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə,  2022-ci ildə palata tərəfindən 42 audit keçirildiyi halda 2024-cü ildə də eyni zamanda audit aparılıb. 

"Halbuki dövlət büdcəsinin xərcləri 2022-ci ildə 32 milyard 64 milyon manat olsa da, 2024-cü ildə bu rəqəm 39 milyard 742 milyon manatadək yüksəlmişdir. Auditlərin əhatə etdiyi fiskal dövriyyədə də xüsusi dəyişiklik baş verməmişdir. Bu baxımdan, palata tərəfindən audit müddətinin,seçim meyarlarının ayrıca da təqdim olunması məqsədəuyğundur".

Milllət vəkili qeyd edib ki, 2024-cü ildə 6 səmərəlilik (performance) auditi keçirilib və onların yarısında qənaətlilik meyarından istifadə edilməyib. Deputat söyləyib ki, İNTOSAİ performance auditinə 3Es (economy, efficiency and effectiveness) prinsipi ilə yanaşır və bu baxımdan nə üçün sayı heç də çox olmayan səmərəlilik auditlərin bütün meyarların tətbiq edilməməsi sual doğurur. Səmərəlilik auditin ümumi auditdə payı cəmi 14.3 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faizdir. Səmərlilik auditin sayının az olması nəzarətmexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir:

"İNTOSAİ-ın əsas tövsiyyələrindən biri də İnformasiya texnologiyası auditinin aparılmasıdır.  Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur.  Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər".

V.Bayramov büdcəyə dəyən ziyandan da danışıb:

"Hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574,9 milyon manatlıq pozuntu aşkar edilmişdir və büdcəyə 113,3 milyon manat zərər dəymişdir. Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin. Sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur. Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısı hazırlanması da həyata keçirilməsi tövsiyə olunandır. O, nəzərə çatdırıb ki, hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yənu 76.0 faizi uyğunluq auditidir. Cəmi 4 maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətin əhatə dairəsinə təsirsiz ötüşmür. Büdcə qanunvericiliyində və dövlət satınalmalarda pozuntu sayının artması müşahidə olunur. Səbəbləri araşdırılmır?

“Dövlət Satınalmaları” haqqında Qanunun ötən ildən qüvvəyə minməsi bu pozuntuların sayına necə təsir göstərəcək? Pozuntuların 35 faizinin mənfəət vergisini əhatə etməsi xərclərin şişirdilməsi yolu ilə mənfəətin azaldılmasından xəbər verir. 2024-cü ildə keçirilən 42 auditin 34-də, yəni 80 faizindən çoxunda büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkar edilib. Bu kifayət qədər ciddi rəqəmdir və maliyyə intizamının daha da möhkəmləndirilməsi prioritetləşdirir".

Parlamentari son olaraq vurğulayıb ki, dövlət satınalmaları üzrə pozuntuların bölgüsündə hesabata əsasən, 57 faizi satınalma keçirilmədən müqavilələrin bağlanmasıdır:

"Bu əslində o deməkdir ki, hər hansı tender və ya dövlət satınalması olmadan fərdi qərarlar ilə müqavilələr bağlanmış və dövlət vəsaiti istifadə edilmişdir".


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri