Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Şəmkir”ə çağıranda düşünmədən təklifi qəbul etdim”.
Bunu İdman.bizə II Liqada mübarizə aparan “Şəmkir”ə yeni baş məşqçi təyin olunan Vüqar Nadirov deyib.
Bölgə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan millinin sabiq futbolçusu bildirib ki, hədəfi komandanı köhnə günlərinə qaytarmaqdır: “Şəmkir”də mənə yaxın olan insanlar var.
Bu klub Azərbaycanın ən köklü komandalarındandır. Məqsədimiz “Şəmkir”i yenidən dirçəltmək və küskün azarkeşlərimizi tribunalara qaytarmaqdır
Bu işləri tədricən, zamanla görməyə çalışacağıq”. Nadirovun sözlərinə görə, klub onun qarşısına hələlik konkret məqsəd qoymayıb: “Futbolçu k
Klubda qarşıma müəyyən vaxtda, müəyyən işlər görülməklə bağlı bir hədəf qoyulmayıb.
Qış fasiləsinə kimi qarşıdakı 4 oyunda maksimum nəticə qazanmaq istəyirəm.
Ondan sonra komandaya yeni futbolçular transfer edib daha da güclənəcəyik. Amma hələ ki, kimləri transfer edəcəyim barədə fikrim yoxdur”.