Vüqar Nadirov: “Məqsədimiz küskün azarkeşlərini tribunalara qaytarmaqdır” İdman və Biz
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Şəmkir”ə çağıranda düşünmədən təklifi qəbul etdim”.
Bunu İdman.bizə II Liqada mübarizə aparan “Şəmkir”ə yeni baş məşqçi təyin olunan Vüqar Nadirov deyib.
Bölgə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan millinin sabiq futbolçusu bildirib ki, hədəfi komandanı köhnə günlərinə qaytarmaqdır: “Şəmkir”də mənə yaxın olan insanlar var. Bu klub Azərbaycanın ən köklü komandalarındandır. Məqsədimiz “Şəmkir”i yenidən dirçəltmək və küskün azarkeşlərimizi tribunalara qaytarmaqdır. Bu işləri tədricən, zamanla görməyə çalışacağıq”.
Nadirovun sözlərinə görə, klub onun qarşısına hələlik konkret məqsəd qoymayıb: “Futbolçu kimi ən yaxşılardan olacağımı hədəfləmişdimsə, məşqçilikdə də belədir. Klubda qarşıma müəyyən vaxtda, müəyyən işlər görülməklə bağlı bir hədəf qoyulmayıb. Qış fasiləsinə kimi qarşıdakı 4 oyunda maksimum nəticə qazanmaq istəyirəm. Ondan sonra komandaya yeni futbolçular transfer edib daha da güclənəcəyik. Amma hələ ki, kimləri transfer edəcəyim barədə fikrim yoxdur”.
O, “Hypers Guba”dan ayrılma səbəbinin maddi məsələlərlə bağlılığının olmadığını da vurğulayıb: “Bunlar şayiədir. Sırf klubdaxili məsələ olduğu üçün açıqlamaq istəmirəm”.
Qeyd edək ki, Vüqar Nadirov "Hypers Guba" Region Liqasından II Liqaya yüksəldib.
Emin Ağa
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















