Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək şəviyyədə inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə siyasətini uğurla davam etdirir.
Dövlətimizin başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər kəsə məlumdur.
Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.Bu gün dünya ictimaiyyəti Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında Türk dünyasının birliyinin şahidinə çevrilir.
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.
Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq” söyləyərək onu da bildirdi ki, bu, mənim son üç ildə qardaş ölkəyə yeddinci səfərimdir.
Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur.
Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir.