Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Vüqar Rəhimzadə: Azərbaycan Qazaxıstan strateji tərəfdaşlığı ənənəvi dostluq və qardaşlıq əlaqələrinə söykənir

Vüqar Rəhimzadə: Azərbaycan Qazaxıstan strateji tərəfdaşlığı ənənəvi dostluq və qardaşlıq əlaqələrinə söykənir

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək şəviyyədə inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər kəsə  məlumdur. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Bu gün dünya ictimaiyyəti Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında Türk dünyasının birliyinin şahidinə çevrilir. Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq” söyləyərək onu da bildirdi ki, bu, mənim son üç ildə  qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Son üç ildə Prezident Kasım-Jomart  Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar  gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına  dövlət səfəri edib. Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Bu səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirə bilərik. Prezidentlərin keçiriləcək görüşləri, müzakirə olunacaq məsələlər iki ölkənin  ikitərəfli gündəliyinə bir daha aydınlıq gətirəcək.
Azərbaycan-Qazaxıstan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Məhz bu reallıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin bir qardaşlıq modeli kimi təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki ölkənin dövlət başçılarının  sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. İkitərəfli əlaqələrimizin hazırkı vəziyyəti azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Belə ki, Füzuli şəhərində Qazaxıstan Prezidenti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verildi.  Ötən ilin martında Mərkəzin açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirmişdi ki, biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan-Qazaxıstan birliyi Türk dünyasının həmrəyliyinə böyük töhfədir. Onu da qeyd edək ki, Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd işlənib hazırlanmış, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılmışdır. Prezident İlham Əliyev sözügedən müsahibəsində diqqəti bu il 20 illiyi qeyd edilən  Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etdi. Onu da vurğuladı ki, bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub. Bu günə qədər ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.   Dövlət başçısı İlham Əliyev müsahibəsində qarşılıqlı ticarətdə müsbət dinamikanın  özünü aydın şəkildə göstərdiyini önə çəkərək vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.
Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin  möhkəm təmələ əsaslanaraq  yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün hədəfləndiyini nümayiş etdirir. İki ölkə liderləri arasında formalaşmış etimad mühiti, şəxsi münasibətlər əlaqələrimizin inkişafında öz sözünü deyir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri