Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq. “Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır.
Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı”.Bunu “Report”a videomüsahibəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov deyib.N.Siracov deyir ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib: “Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik.
Təyyarə vurulanda ayağım od tutub yandı, elə bildim deşildi. Yoldaşım dedi ki, bu nədir belə?
Onu sakitləşdirmək üçün təyyarənin təkərlərinin yerinə oturduğunu söylədim. Amma özüm narahat oldum.
Təhlükəsizlik kəmərimi açıb ayağımın altına baxdım ki, heç nə yoxdur, təyyarənin döşəməsi də olduğu kimidir.
Yenidən söykənib oturmuşdum ki, bu dəfə təyyarə daha pis səslə arxadan vuruldu.
Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik.
Təyyarə yərə eniş etdi gördüm ki, artıq çatırıq, pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanın binasını, təyyarələri gördüm.