Icma.az
close
up
RU
VURULAN TƏYYARƏMİZDƏ RUSİYANIN GİZLƏDƏ BİLMƏDİYİ O ANLAR Sağ qalan sərnişin ilk dəfə açıqladı + VİDEO AzPolitika onlayn siyasi ictimai qəzet

VURULAN TƏYYARƏMİZDƏ RUSİYANIN GİZLƏDƏ BİLMƏDİYİ O ANLAR Sağ qalan sərnişin ilk dəfə açıqladı + VİDEO AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır. Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı”.

Bunu “Report”a videomüsahibəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov deyib.

N.Siracov deyir ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib: “Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik. Təyyarə vurulanda ayağım od tutub yandı, elə bildim deşildi. Yoldaşım dedi ki, bu nədir belə? Onu sakitləşdirmək üçün təyyarənin təkərlərinin yerinə oturduğunu söylədim. Amma özüm narahat oldum. Təhlükəsizlik kəmərimi açıb ayağımın altına baxdım ki, heç nə yoxdur, təyyarənin döşəməsi də olduğu kimidir. Yenidən söykənib oturmuşdum ki, bu dəfə təyyarə daha pis səslə arxadan vuruldu. Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik. Təyyarə yərə eniş etdi gördüm ki, artıq çatırıq, pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanın binasını, təyyarələri gördüm. Təsəvvür edin, 10 mərtəbəli binadan aşağı baxırsınız. O qədər yerə yaxın idik. Yoldaşıma da dedim ki, daha arxayın ol, çatdıq”.

Onun sözlərinə görə, elə o anda təyyarə yenidən göyə qalxıb: “İnanın, elə sürətlə qalxdıq ki, mən deyərdim təyyarə göyün yeddinci qatına çıxdı. Bələdçi bu anda elan etdi ki, yumşaq nə varsa qatlayıb, alnınızı oturacağa dirəyin, gözlərinizi yumun. Mənim də üstümdə qalın gödəkçə var idi, qatlayaraq verdim yoldaşıma, dedim, təlimata uyğun çatana qədər hərəkət etmə. Qorxmaq ağlıma belə gəlmirdi, fikrim ancaq yoldaşımda idi. Bir də onda gördüm ki, necə dəhşətli zərbə və səslə yerə dəydik. Dedim yəqin parça-parça olduq. Təbii ki, bunu öz-özümə deyirdim”.

Daha ətraflı videomüsahibədə:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Yanvar 2025 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri