Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa və Mərkəzi Asiya ölkələrində dayanıqlı iqtisadi artım üçün təkcə investisiyaların cəlb edilməsi deyil, həm də texnologiyaların aktiv şəkildə uyğunlaşdırılması və yayılması vacibdir.
“Report” xəbər verir ki, bunu Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı İvaylo İzvorski qurumun 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının təqdimatında bildirib.
"Mərkəzi Asiya ölkələrinin bir çoxunda dövlət müəssisələrinin 70-80 %-i pərakəndə ticarət kimi rəqabətli sektorlarda fəaliyyət göstərir.
Bu, özəl biznesin inkişafını ləngidir. Maliyyələşdirmə də əsas rol oynayır.
Əgər uzunmüddətli kapitala çıxış məhduddursa və ya maliyyə sistemi əmanətçilərlə borc alanlar arasında resursları səmərəsiz bölüşdürürsə, biznesin genişlənməsi mümkün olmur", - o qeyd edib.
İ.İzvorski vurğulayıb ki, Avropa və Mərkəzi Asiyada kiçik müəssisələrin sayında çoxluq müşahidə olunur: "Əgər şirkətlər böyümürsə, onlar xarici texnologiyaları tətbiq edə bilmir və innovasiyalar üçün lazımi miqyasa malik olmurlar.
Bu, çox vaxt kiçik daxili bazarlarla əlaqədardır, ona görə də qlobal iqtisadiyyata və regional bazarlara inteqrasiya kritik əhəmiyyət kəsb edir.