Icma.az
close
up
RU
WB: Avropa və Mərkəzi Asiyada kapitalla yanaşı texnoloji inkişaf lazımdır

WB: Avropa və Mərkəzi Asiyada kapitalla yanaşı texnoloji inkişaf lazımdır

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa və Mərkəzi Asiya ölkələrində dayanıqlı iqtisadi artım üçün təkcə investisiyaların cəlb edilməsi deyil, həm də texnologiyaların aktiv şəkildə uyğunlaşdırılması və yayılması vacibdir.

“Report” xəbər verir ki, bunu Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı İvaylo İzvorski qurumun 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının təqdimatında bildirib.

"Mərkəzi Asiya ölkələrinin bir çoxunda dövlət müəssisələrinin 70-80 %-i pərakəndə ticarət kimi rəqabətli sektorlarda fəaliyyət göstərir. Bu, özəl biznesin inkişafını ləngidir. Maliyyələşdirmə də əsas rol oynayır. Əgər uzunmüddətli kapitala çıxış məhduddursa və ya maliyyə sistemi əmanətçilərlə borc alanlar arasında resursları səmərəsiz bölüşdürürsə, biznesin genişlənməsi mümkün olmur", - o qeyd edib.

İ.İzvorski vurğulayıb ki, Avropa və Mərkəzi Asiyada kiçik müəssisələrin sayında çoxluq müşahidə olunur: "Əgər şirkətlər böyümürsə, onlar xarici texnologiyaları tətbiq edə bilmir və innovasiyalar üçün lazımi miqyasa malik olmurlar. Bu, çox vaxt kiçik daxili bazarlarla əlaqədardır, ona görə də qlobal iqtisadiyyata və regional bazarlara inteqrasiya kritik əhəmiyyət kəsb edir. Regiondakı bir çox müəssisələr yaradıldıqdan beş il sonra belə kiçik olaraq qalır".

Dünya Bankının baş iqtisadçısı, həmçinin regionlar arasında rəqabət mühitindəki fərqi vurğulayıb. Onun fikrincə, yüksək gəlirli kateqoriyaya uğurla keçid etmiş Mərkəzi Avropa ölkələrində rəqabət yüksək olaraq qalır. O bildirib ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində isə rəqabət əhəmiyyətli dərəcədə aşağıdır.

"Yüksək gəlir səviyyəsinə nail olmuş dövlətlər 2 əsas mərhələdən keçib: əvvəlcə investisiya artımı, sonra innovasiya. Avropa və Mərkəzi Asiya ölkələrinin əksəriyyəti hazırda 2-ci mərhələdədir. Onlar təkcə investisiyalar cəlb etməməli, həm də texnologiyaları uyğunlaşdırmalıdırlar. Maliyyələşdirmə problemi, xüsusilə vençur kapitalı problemi də qalır. Banklar çox vaxt risklərdən qaçır, innovativ layihələr isə ilk növbədə yüksək dərəcədə qeyri-müəyyənliklə bağlı olur", - ekspert yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri