WGC: ÖyNoyabr ayında qızılın ən böyük alıcıları Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) olub

08.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

“World Gold Council”in (WGC) ilkin qiymətləndirmələrinə görə, dünya mərkəzi bankları 2024-cü ilin noyabrında öz qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 53,4 ton artırıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Noyabr ayında qızılın ən böyük alıcıları Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) olub.

2024-cü ilin aprel ayından bəri ilk dəfə olaraq Çin qızıl ehtiyatlarının artması (5 ton artım) barədə məlumat verib. Alıcılar arasında İordaniya (4,1 ton), Türkiyə (3 ton), Çexiya (1,6 ton), Qana (1,2 ton), Monqolustan və Malta (1 tondan az) yer alıb.

Noyabrda qızılın əsas satıcısı Sinqapur (5,2 ton) olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью