WGC: ÖyNoyabr ayında qızılın ən böyük alıcıları Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) olub
Icma.az, Report.az saytına istinadən bildirir.
“World Gold Council”in (WGC) ilkin qiymətləndirmələrinə görə, dünya mərkəzi bankları 2024-cü ilin noyabrında öz qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 53,4 ton artırıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Noyabr ayında qızılın ən böyük alıcıları Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) olub.
2024-cü ilin aprel ayından bəri ilk dəfə olaraq Çin qızıl ehtiyatlarının artması (5 ton artım) barədə məlumat verib. Alıcılar arasında İordaniya (4,1 ton), Türkiyə (3 ton), Çexiya (1,6 ton), Qana (1,2 ton), Monqolustan və Malta (1 tondan az) yer alıb.
Noyabrda qızılın əsas satıcısı Sinqapur (5,2 ton) olub.

Polşa ötən ilin noyabrında 21 ton qızıl aldı
08 Yanvar 2025 13:59
Hindistan sentyabr ayında 2,103 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edib.
18 Noyabr 2024 11:03
Qazaxıstan 6,3 milyon ton taxıl ixrac edib
06 Dekabr 2024 17:19
Özbəkistan Hindistan birgə təlimləri başlayıb
15 Aprel 2025 15:26
Tarixin ən böyük əməliyyatı: 13 ton...
08 Noyabr 2024 00:00

