WhatsApp istifadəçilərinin gözlədiyi funksiya nəhayət ki, gəlir | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"WhatsApp" platforması "WhatsApp Web" (brauzer versiyası) üçün qrup söhbətlərində səsli və görüntülü zəng funksiyasını sınaqdan keçirməyə başlayıb.
İstifadəçilər tezliklə əlavə proqram yükləmədən birbaşa brauzer üzərindən qrup zəngləri edə biləcəklər.
Milli.Az xəbər verir ki, hazırda inkişaf mərhələsində olan bu yeni funksiya sayəsində istifadəçilər "Chrome", "Edge" və digər internet brauzerləri vasitəsilə qrup zəngləri başladacaq və ya mövcud zənglərə qoşulacaqlar.
Bu, "WhatsApp Web"in imkanlarını mobil tətbiqə daha da yaxınlaşdıracaq.
Məlumata görə, qrup zəngləri ilk mərhələdə 8 və ya 16 nəfərlə məhdudlaşacaq.
Lakin şirkətin əsas hədəfi bu sayı mobil tətbiqlərdə olduğu kimi 32 nəfərə çatdırmaqdır.
Yeni funksiya çərçivəsində qrup söhbətlərində birbaşa "zəng linki" yaratmaq seçimi də təqdim edilə bilər.
Tam oxu
Xəbəri oxu