WhatsApp istifadəçilərinin gözlədiyi funksiya nəhayət ki, gəlir
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"WhatsApp" platforması "WhatsApp Web" (brauzer versiyası) üçün qrup söhbətlərində səsli və görüntülü zəng funksiyasını sınaqdan keçirməyə başlayıb. İstifadəçilər tezliklə əlavə proqram yükləmədən birbaşa brauzer üzərindən qrup zəngləri edə biləcəklər.
Milli.Az xəbər verir ki, hazırda inkişaf mərhələsində olan bu yeni funksiya sayəsində istifadəçilər "Chrome", "Edge" və digər internet brauzerləri vasitəsilə qrup zəngləri başladacaq və ya mövcud zənglərə qoşulacaqlar. Bu, "WhatsApp Web"in imkanlarını mobil tətbiqə daha da yaxınlaşdıracaq.
Məlumata görə, qrup zəngləri ilk mərhələdə 8 və ya 16 nəfərlə məhdudlaşacaq. Lakin şirkətin əsas hədəfi bu sayı mobil tətbiqlərdə olduğu kimi 32 nəfərə çatdırmaqdır.
Yeni funksiya çərçivəsində qrup söhbətlərində birbaşa "zəng linki" yaratmaq seçimi də təqdim edilə bilər. Bu yolla istifadəçilər linki paylaşaraq digər iştirakçıların zəngə asanlıqla daxil olmasını təmin edəcəklər. Zənglər həm səsli, həm də görüntülü formatda mümkün olacaq.
"WhatsApp Web"in bu günə qədər qrup zənglərini dəstəkləməməsi, xüsusilə distant işləyənlər və onlayn iclaslar üçün böyük bir çatışmazlıq hesab olunurdu. Yeniliklə birlikdə kompüter və ya planşet vasitəsilə brauzer üzərindən peşəkar və şəxsi görüşləri idarə etmək daha asan olacaq.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 20 Yanvar 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















