Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“WhatsApp” messencerinin tərtibatçıları proqrama bir sıra yeni funksiyalar əlavə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Məlumata görə, istifadəçilər indi 30 yeni fon, filtr və kamera effektlərinə çıxış əldə edə bilərlər.
Bu funksiyadan təkcə video zənglər üçün deyil, söhbətlərdə foto və videoların yaradılması üçün də istifadə etmək olar.
Əsas yeniliklərdən biri də selfilər əsasında fərdiləşdirilmiş stikerlərin yaradılması funksiyasıdır.
Bunun üçün söhbətdəki “Stiker” işarəsinə klikləmək, “Yarat” işarəsini seçmək və şəkil çəkmək kifayətdir.
Bundan əlavə, istifadəçilər öz sevimli stiker dəstlərini həmsöhbətləri ilə birbaşa söhbətdə paylaşa bilərlər.